Icma.az
close
up
RU
Stresin qarında yaratdığı piyi əridən sehrli qidalar

Stresin qarında yaratdığı piyi əridən sehrli qidalar

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Kortizol hormonunun yüksək səviyyəsində insan stres keçirir, bu isə çəki artımına, yuxu problemlərinə və immunitetin zəifləməsinə səbəb olur. Lakin qidalanma vasitəsilə kortizol səviyyəsinə təsir etmək mümkündür. Bu barədə rusiyalı endokrinoloq Yekaterina Kazaçkova xəbərdarlıq edib.

Həkim qeyd edib ki, kortizol əslində orqanizmdə mühüm rol oynayır. O gərgnliklərlə mübarizə aparmağa və kritik vəziyyətlərdə resursları səfərbər etməyə kömək edir. Ancaq stres xroniki hala gəldikdə, yüksək kortizol səviyyəsi bizə qarşı işləməyə başlayır.

“Uzunmüddətli stresdə nə baş verir? Orqanizm daim “döyüş hazırlığı” vəziyyətində olur. Bu, maddələr mübadiləsinin pozulmasına, yuxu problemlərinə, immunitetin zəifləməsinə gətirib çıxarır. İnsanlar, xüsusilə qarın nahiyəsində çəki yığmağa başlayırlar – “kortizol qarnı” adlanan vəziyyət yaranır. Lakin yaxşı xəbər odur ki, biz qidalanma vasitəsilə kortizol səviyyəsinə təsir edə bilərik. Düzgün seçilmiş qidalar stresin orqanizmə mənfi təsirini azaltmağa kömək edəcək”, – deyə mütəxəssis bildirib.

O, bunların arasında xüsusilə tünd şokoladı qeyd edib.

“Kakao kortizol səviyyəsini azaltmağa kömək edən antioksidantlarla zəngindir. Tərkibində ən azı 70% kakao olan şokolad seçin”, – deyə endokrinoloq vurğulayıb.

Mütəxəssis yağlı balıqlarda, xüsusən qızılbalıq, sardina və skumbriyada zəngin olan omeqa-3 yağ turşularının kortizol səviyyəsini tənzimləməyə kömək etdiyini bildirib.

Həkim meyvə tərəvəzlərə də diqqət etməyə çağırıb:

“Avokado – bu meyvə kortizol ifraz edən böyrəküstü vəzilərin normal işləməsi üçün lazım olan B5 vitamini ilə zəngindir. Qaragilə – tərkibində olan antioksidantlar oksidləşdirici streslə mübarizə aparmağa kömək edir. İspanaq və digər göyərtilər – bu qidalarda zəngin olan maqnezium sinir sistemini sakitləşdirməyə kömək edir. Sitrus meyvələri – portağal, qreypfrut və limonda olan “C” vitamini stresli vəziyyətlərdən sonra kortizol səviyyəsini azaltmağa kömək edir. Qoz-fındıq və tumlar – böyrəküstü vəzilərin işini tənzimləməyə kömək edən sinklə zəngindir”.

Bununla yanaşı, həkim vurğulayıb ki, təkcə bu qidaların rasiona daxil edilməsi xroniki stres problemini həll etməyəcək. Düzgün qidalanma, fiziki aktivlik və psixoloji vəziyyət üzərində işi əhatə edən kompleks yanaşma lazımdır.

“Praktikamda tez-tez xəstələrin qidalanmanın hormon fonuna təsirini lazımınca qiymətləndirmədiyini görürəm. Düzgün seçilmiş rasion möcüzələr yarada bilər. Məsələn, xəstələrimdən biri daimi yorğunluq və çəki artımından şikayət edirdi. Analizlər yüksək kortizol səviyyəsini göstərdi. Biz kortizolu azaldan qidalara əsaslanan qidalanma planı hazırladıq. 4 ay sonra o, təkcə 15 kq çəki atmadı, həm də özünü xeyli yaxşı hiss etməyə başladığını və enerji artımını qeyd etdi”, – deyə endokrinoloq danışıb.

Lakin o, diqqətə çatdırıb ki, hər hal fərdidir – bir insana uyğun olan digərinə uyğun olmaya bilər. Buna görə də mütəxəssislərə müraciət etmək və lazımi müayinələr aparmaq vacibdir.

“Əgər stresin sağlamlığınıza və çəkinizə mənfi təsir etdiyini hiss edirsinizsə, endokrinoloqa gedişi təxirə salmaq lazım deyil. Vaxtında diaqnostika və düzgün seçilmiş terapiya orqanizmdə balansı bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək”, – deyə həkim yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Noyabr 2024 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri