Icma.az
close
up
RU
Stressli iş günündə ən yaxşı dərman düzgün qidalanmadır Dietoloq DANIŞDI

Stressli iş günündə ən yaxşı dərman düzgün qidalanmadır Dietoloq DANIŞDI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ofis işçilərinin əsas problemi az hərəkətlilik və nizamsız qidalanmadır. Uzun müddət masa arxasında oturmaq maddələr mübadiləsini zəiflədir, artıq çəki, yorğunluq və həzm problemləri yaradır. Belə halda balanslı və planlı qidalanma vacibdir. Porsiyalar kiçik olmalı, lakin qida qəbulu hər 3-4 saatdan bir həyata keçirilməlidir. Bu yanaşma həm iştahanı idarə edir, həm də metabolizmi aktiv saxlayır".

Bu fikirləri Redaltor.az-a açıqlamasında dietoloq Azaya Musayeva ofis şəraitində çəki artımından və dietadan danışarkən bildirdi.

"Qida seçimində kompleks karbohidratlar (yulaf, qarabaşaq), keyfiyyətli proteinlər (balıq, yumurta, toyuq, paxlalılar) və sağlam yağlara (zeytun yağı, avokado, qoz-fındıq) üstünlük verilməlidir. Şirniyyat, qazlı içkilər və çox yağlı yeməklər isə minimuma endirilməlidir. Praktiki olaraq iş yerində sağlam qəlyanaltılar saxlamaq faydalıdır: alma, kəsmik, quru meyvə, badam buna aiddir. Günə səhər yeməyi ilə başlamaq, həmçinin gündəlik su qəbulunu təmin etmək vacibdir. Su norması bədən çəkisinin hər kiloqramına 30 ml hesablanmalıdır.

Hərəkətsizliyin təsirini azaltmaq üçün hər saatda masadan qalxıb 2-3 dəqiqə gəzmək, masa arxasında boyun dartma, çiyin çevirmə və ayaqları hərəkət etdirmə kimi sadə hərəkətlər etmək tövsiyə olunur. Eyni zamanda evə və ya işə gedərkən 10 dəqiqəlik piyada yol əlavə etmək də böyük fayda verir".

Dietoloq əlavə etdi ki, ofis işçilərinin yemək vərdişlərinə psixoloji faktorlar da təsir göstərir.

"Stress və emosional yemək zamanı insanlar yeməyi təskinlik vasitəsi kimi seçir, bu isə şirin və yağlı qidalara meyli artırır. Mexaniki yemək də geniş yayılıb: Kompüter qarşısında uzun müddət işləyən insan bədəninin ac olub-olmadığını dərk etmir və sadəcə avtomatik şəkildə çərəz və şirniyyata əl atır. Dar mühit və hərəkətsizlik enerji sərfiyyatını azaldır, nəticədə bədənin “enerji çatışmazlığı” siqnalı yaranır və bu hal aclıqla səhv salınır. Sosial faktorlar da rol oynayır. Kollektiv nahar zamanı və ya başqalarına qoşulmaq istəyi səbəbindən insan bəzən ac olmadığı halda da yeyir. Bundan başqa, monoton iş və motivasiya çatışmazlığı “tənbəllik dövrəsi” yaradır və daim yemək istəyi ilə nəticələnir. Ən yaxşı məsləhət aclıq və emosional istəyi bir-birindən ayırmağı öyrənməkdir. Hər dəfə yemək istəyi yarandıqda öz-özünə sadə bir sual vermək faydalıdır: “Mən doğrudan acam, yoxsa yorğunam və ya stress altındayam?” Bu yanaşma yemək vərdişlərinin idarə olunmasına ciddi təsir göstərir", - deyə Azaya Musayeva qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri