Icma.az
close
up
RU
Su pulunu yarıbayarı azaltmağın sadə yolları

Su pulunu yarıbayarı azaltmağın sadə yolları

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay ayları yaxınlaşdıqca su sərfiyyatı və təmizliyə olan tələbat kəskin şəkildə artır. Həyətin sulanması, tez-tez duş qəbul edilməsi və digər məişət ehtiyacları kommunal xərclərin yüksəlməsinə səbəb olur. Sadə üsullarla həm su ehtiyatlarını qorumaq, həm də büdcəyə kömək etmək mümkündür.
Demokrat.az xəbər verir ki, bir çox insan gündəlik həyatda bilmədən litrlərlə su israfına yol verir. Kranlardan düzgün istifadə olunmaması və məişət texnikalarının yanlış işlədilməsi ay sonunda yüksək ödənişlərlə nəticələnir.
Suya qənaət etməyin ən təsirli yollarından biri kran başlıqlarına xüsusi qənaət aparatlarının taxılmasıdır. Perlator adlanan bu kiçik qurğular suyun təzyiqini azaltmadan hava ilə qarışdırır və daha az su sərf edilməsinə imkan yaradır. Bu bəsit üsulla gündəlik istifadədə yarıbayarı qənaət əldə olunur.
Qabyuyan və paltaryuyan maşınları tam dolmadan işlətməmək də əsas şərtlərdən biridir. Yarımçıq doldurularaq qoşulan texnikalar həm artıq su, həm də əlavə elektrik enerjisi aparır. Yay aylarında bu cihazların daha aktiv işlədiyini nəzərə alsaq, düzgün doldurulma birbaşa xərclərə təsir göstərir.
Duş qəbulu vaxtını bir neçə dəqiqə azaltmaq da ay sonunda böyük fərq yaradır. Uzun müddət hamamda qalmaq gündəlik su itkisini əhəmiyyətli dərəcədə çoxaldır. Qısa duş vərdişi həm ailə büdcəsini, həm də təbiəti qoruyur.
Evlərdə su itkisinə səbəb olan əsas problemlərdən biri də diqqətdən yayınan kran sızmalarıdır. Daim damcılayan nasaz kran gün ərzində xeyli suyun boşa axmasına yol açır. Buna görə də evdəki su xətlərinin və kranların mütəmadi yoxlanılması, nasazlıqların vaxtında aradan qaldırılması tövsiyə edilir.
Həyət və balkon bitkilərini günün isti saatlarında deyil, səhər tezdən və ya axşamüstü sulamaq lazımdır. Günorta vaxtı edilən sulama zamanı su torpağa hopmadan tez buxarlanır. Sərin saatlarda sulanan bitkilər isə rütubəti daha yaxşı sorur və sudan səmərəli istifadə olunur.
Qısası, yayda su pullarının çox gəlməməsi üçün evdə damcılayan kranları düzəltmək, texnikaları tam doldurub qoşmaq və kranlara perlator taxmaq lazımdır.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri