Su təhlükəsizliyi məsələsi isə xüsusi olaraq diqqət mərkəzində saxlanılır Millət vəkili
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının növbəti mühüm mərhələsini nümayiş etdirib".
Bu fikirləri 525.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
Deputat bildirib ki, son 20 il ərzində həyata keçirilmiş regional inkişaf proqramları nəticəsində Azərbaycanın əsas infrastruktur problemləri köklü şəkildə öz həllini tapmışdır. Elektrik enerjisi sahəsində əldə olunan nailiyyətlər, generasiya güclərinin təxminən 10 min meqavata çatdırılması, ötürücü və paylayıcı şəbəkələrin vahid sistem halına gətirilməsi ölkəmizin enerji təhlükəsizliyini tam təmin etmişdir. Vaxtilə enerji qıtlığı yaşayan, hətta elektrik enerjisini idxal edən Azərbaycan bu gün artıq ixracatçı ölkəyə çevrilmişdir. Bu həm iqtisadi uğur, həm də siyasi müstəqilliyin və milli təhlükəsizliyin mühüm dayağıdır.
Qazlaşmanın 96 faizə çatdırılması da dövlətin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Bugün Azərbaycan öz daxili tələbatını ödəməklə yanaşı, Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Avtomobil yollarının, körpülərin, tunellərin, mühəndis-kommunikasiya xətlərinin inşası ölkənin bütün ərazilərini, o cümlədən işğaldan azad edilmiş torpaqları vahid infrastruktur şəbəkəsinə birləşdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr göstərir ki, bu torpaqlar ən müasir standartlara uyğun şəkildə yenidən qurulur.
Millət vəkili qeyd edib ki, su təhlükəsizliyi məsələsi isə xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Son 20 ildə inşa edilmiş dörd böyük su anbarı, xüsusilə Taxtakörpü və Şəmkirçay su anbarları bugün həm Bakının, həm də regionların su təchizatında həlledici rol oynayır. Əgər bu strateji layihələr vaxtında həyata keçirilməsəydi, bu gün ölkəmiz ciddi su problemləri ilə üz-üzə qala bilərdi. Ceyranbatan su anbarının tam yenidən qurulması, müasir təmizləyici qurğuların istifadəyə verilməsi dövlətin insan sağlamlığına və həyat keyfiyyətinə verdiyi önəmin göstəricisidir.
Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən həyata keçirilən su terroru illərlə Azərbaycan vətəndaşlarına ciddi ziyan vurub. Sərsəng və Suqovuşan su anbarlarında sudan silah kimi istifadə edilməsi humanitar fəlakətlərə səbəb olmuşdur. Bu gün həmin su anbarlarının yenidən qurulması, Füzuli, Ağdam, Laçın və digər rayonlarda su infrastrukturunun bərpası iqtisadi, eyni zamanda siyasi və mənəvi qələbəmizin tərkib hissəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının mühüm hissəsinin artıq öz ərazimizdə formalaşması xarici asılılığı xeyli azaldıb. Bununla belə, Kür, Araz və Samur çayları kimi transsərhəd su mənbələri ilə bağlı məsuliyyətli və düşünülmüş siyasət aparılması zəruridir.
Ölkə başçısının çıxışında yer alan haqlı narahatlıqlar, su itkisi, sistemsizlik, idarəetmədəki səmərəsizlik dövlət səviyyəsində islahatların zəruriliyini ortaya qoyur. Xüsusilə Abşeron yarımadası kimi intensiv urbanizasiya aparılan ərazilərdə bu problemlərin operativ və kompleks şəkildə həllinə ehtiyac var.
Fatma Yıldırım vurğulayıb ki, iqlim dəyişikliklərinin yaratdığı qlobal risklər fonunda qəbul ediləcək 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı xüsusilə aktualdır. Bakı şəhəri, Abşeron yarımadası, Sumqayıt və ətraf yaşayış məntəqələri üçün nəzərdə tutulan bu proqram dayanıqlı içməli su təminatını, kanalizasiya və yağış sularının idarə olunmasını, su itkilərinin kəskin azaldılmasını hədəfləyir. Bu həm də əhali sağlamlığı və ekoloji tarazlığın qorunması baxımından mühüm irəliləyiş olacaq.
Deputat qeyd edib ki, bu Dövlət Proqramı Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələ açacaq, vətəndaşların rifahını yüksəldəcək və ölkəmizin su təhlükəsizliyini uzun illər üçün təmin edəcəkdir.
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı və uzaqgörən siyasət Azərbaycanın güclü, dayanıqlı və təhlükəsiz gələcəyinin möhkəm təməlidir.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 14 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















