Suriya ordusunun tərk etdiyi nəzarətburaxılış məntəqələrinin görüntüləri yayıldı VİDEO
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriya ordusunun tərk edilmiş keçid məntəqələrinin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, "RBC" Suriya ordusunun Dəməşqdə tərk edilmiş nəzarət-buraxılış məntəqələrinin görüntülərini dərc edib.
Gecə saatlarında çəkilmiş kadrlardan görünür ki, keçid məntəqəsində nə insan, nə də hərbi texnika var.
Xatırladaq ki, noyabrın 28-də Suriya müxalifətinin silahlı qruplaşmalarının, o cümlədən “Həyat Təhrir əş-Şam” yaraqlılarının Hələbin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi bildirilib. Onlar Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Homs, Həmanı işğal etdilər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşıblar.
Bundan əlavə, kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor şəhərini nəzarətə götürüb.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib.
Ləman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 08 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















