Tailand Kamboca sərhədində GƏRGİNLİK: Sakinlərə təxliyə olunmaq əmri verildi
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tailand ordusu Kamboca ilə həmsərhəd ərazilərdə yaşayan sakinlərə iki ölkə arasında toqquşmaların eskalasiya riski səbəbi ilə sığınacaqlara təxliyə olunmaq əmrini verib.
Daha əvvəl Tailand-Kamboca sərhədində hərbi qulluqçular arasında atışma baş verib.
Tailand ordusunun bəyanatında bildirilir ki, toqquşmalar kambocalı hərbi qulluqçuların yüngül silahlardan atəş açmasından sonra başlayıb. Öz növbəsində, tailandlı hərbçilər cavab atəşi açıblar. Qeyd olunur ki, iki tailandlı hərbi qulluqçu yaralanıb.
Xatırladaq ki, Tailand və Kambocanın baş nazirləri Anutin Çanvirakun və Hun Manet ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində sülh sazişi imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 07 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















