Icma.az
close
up
RU
TƏBİB dən bir gündə 30 milyonluq tender: Köhnə “dostlar”, yeni planlar ARAŞDIRMA

TƏBİB dən bir gündə 30 milyonluq tender: Köhnə “dostlar”, yeni planlar ARAŞDIRMA

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi bir gündə 4 tenderin nəticələrini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, toplam dəyəri 30 milyon manata yaxın olan bu müsabiqələrin qalibləri dəyişməyib.

Belə ki, əvvəlki dönəmlərdə də eyni şirkətlər İTM-in tenderlərinin qalibi olublar.

Həmin müsabiqələrdən biri tibb müəssisələri üçün sarğıların alınması ilə bağlıdır. “TERRA PHARM” MMC-nin udduğu tenderə əsasən şirkət İTM-ə 2 milyon 761 min 623 manat dəyərində sarğı alacaq.

İkinci tender isə tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş oftalmoloji avadanlıqların satın alınmasını əhatə edir. “VİTTA ELMİ-TEXNİKİ” MMC-nin qalibi olduğu müsabiqənin dəyəri isə 10 milyon 232 min 901 manatdır.

İTM-in üçüncü tenderi bakterioloji müayinədə istifadə olunacaq testlərin satın alınmasını ehtiva edir. “SPEKTR MED” MMC-nin qalibi olduğu müsabiqəyə əsasən həmin testərin alınmasına 12 milyon 906 min 638 manat xərclənəcək.

İnnovasiya və Təchizat Mərkəzinin sonuncu tenderi isə ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin alınması ilə əlaqəlidir. İTM-in keçmiş və daimi “müştərisi” olan “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə bağlanılmış müqavilənin dəyəri 3 milyon 838 min 441 manat təşkil edir.

Hurriyyet.az-ın məlumatına görə, “Spektr Med” MMC təkcə 2025-ci il ərazində İTM-in 3 tenderinin qalibi olub. Bu tenderlərin dəyəri isə 35 milyon manata yaxın olub.

“VİTTA Elmi-Texniki” MMC ilə İTM arasında isə son bir ildə 6 tender anlaşması olub. Bu müsabiqələrin ümumi dəyəri isə 19 milyon manat təşkil edib.

Qarşi tərəfi də dinləməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:339
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri