Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalanlar olacaq Deputat
Icma.az, Unikal.az saytına istinadən bildirir.
"Təbii ki, bu qanunun qəbul olunmasından narazı qalan insanlar olacaq. Xüsusilə bu sahə ilə məşğul olan və bunun biznesini həyata keçirən şəxslərin müəyyən dərəcədə problem yaşayacağı ortadadır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Amma bu qanun bizə bir mesaj verir ki, insan sağlamlığı üçün zərərli olan sahələrdə biznes quran insanlar həmişə bu riskləri gözə almalıdırlar. Burada həm də mənəvi riskdən söhbət gedir. Bu sahə ola bilsin ki, qısa müddətə böyük gəlir gətirir. Vətəndaşın sağlamlığı gəlirdən əvvəl gəlir", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 26 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















