Icma.az
close
up
RU
Təbriz niyə ölümə tərk edilib? Anası narazıdır

Təbriz niyə ölümə tərk edilib? Anası narazıdır

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol qəzasında ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, faciəvi şəkildə həlak olan gəncin yaxınları işin hərtərəfli araşdırılmadan məhkəməyə göndərildiyini düşünürlər.

Nə baş verib?

Ötən ilin avqustunda Təbriz Şəfiyevin idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (Aeroport yolu) qəfil nasaz vəziyyətə düşür. Təbriz yolun kənarında dayanıb nə baş verdiyini müşahidə edən zaman arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılır, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurur. Hadisədən bir az sonra Təbriz həyatını itirir.

Ananı narazı salan məqamlardan birincisi qəzada iştirak edən sürücülərdən birinin məsuliyyətdən kənarda qalmasıdır. Hazırda mərhumun avtomobilinə çırpılan “Toyota Corolla”nın sürücüsü Mircəlil Əzizli cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma zamanı məlum olub ki, onun, ümumiyyətlə, sürücülük hüququ olmayıb, avtomobili sahibinin icazəsi olmadan idarə edib.

Bu əməlinə görə M.Əzizliyə Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib, lakin məhkəməyə qədər həbs edilməyib.

Hadisədə iştirak edən ikinci şəxs - “Mercedes-Benz 230” markalı avtomobilin sürücüsü Bəxtiyar Rəhimli isə zərərçəkmiş tərəfə tam aydın olmayan səbəbdən istintaqdan kənarda qalıb.

Cinayət işində ən vacib və həssas məqamlardan biri isə mərhumun hadisə baş verən kimi deyil, bir müddət sonra kəskin qanaxmadan vəfat etməsidir. Bunun səbəbi kimi hadisədə iştirak edən sürücülərin təcili tibbi yardıma zəng etməməsi göstərilir. Əvəzində hadisə yerinə toplaşan şəxslər təsadüfən yoldan keçən təcili tibbi yardım avtomobilindən kömək istəyiblər. Lakin həkimlər başqa çağırışa getdiklərini bildirərək ölümcül vəziyyətdə olan gəncə yardım etməyiblər.

Bunu təsdiq etmək üçün TƏBİB-ə vəkil sorğusu göndərilib. Sorğuya verilən cavabda isə həmin gün hadisə ilə bağlı təcili tibbi yardıma çağırış daxil olmadığı bildirilib.

Bütün bunlar “bəlkə də vaxtında tibbi yardım göstərilsəydi, gəncin həyatını xilas etmək olardı” ehtimalını gücləndirir.

Hazırda bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma məhkəmənin ilkin mövqeyi də zərərçəkmiş tərəfi narazı salıb.

Hazırlıq iclasında mərhumun hüquqi varisi qismində tanınmış anası Nərgiz Şəfiyevanın vəkili Sadiq Rəsulov yuxarıda qeyd olunan məsələlərin araşdırılması üçün işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını xahiş edib.

Vəkil hesab edir ki, ibtidai istintaq müddətində iş üçün vacib olan əhəmiyyətli məsələlərə aydınlıq gətirilməyib, çoxsaylı suallar açıq qaldığı halda məhkəmə istintaqının başlanılması isə qanunauyğun deyil: “Ortada cavablandırılmamış suallar var. Məsələn, hadisədə iştirak edən ikinci sürücü hansı əsasla kənarda qalıb? Cinayət işində mərhumun kəskin və çoxlu qanitirmədən öldüyü göstərilib. Yəni şəxsin kimlərinsə səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən ölməsi ehtimal olunur. Lakin hadisədən sonra tibbi yardıma müraciət edilib-edilmədiyi, yardımın nə qədər gec gəldiyi və ümumiyyətlə, nə vaxt göstərildiyi araşdırılmayıb. Bundan əlavə, müstəntiq ilkin istintaqı tez-tələsik yekunlaşdırıb, iş materialları ilə tanış olmağa imkan verməyib. Bizə şərait yaradılmalı idi ki, vəsatətlərimizi verək. Amma tam əksi, ananı aldadıb tez işi bitiriblər. Bir də xəbərimiz oldu ki, iş artıq məhkəməyə verilib. Bunlar hamısı prosessual qaydaların pozulmasıdır”.

Oğlunu itirən ana isə indi yalnız ədalətli araşdırma istəyir: “Zəngilandan köçkün düşəndə əsir düşməmək üçün oğlumu qucağıma alıb özümü Araz çayına atdım. Birdən uşaq əlimdən çıxdı, çay apardı. Bunu görən iranlı suya atılıb uşağımı xilas etdi. Uzun illər yataqxanalarda min bir məhrumiyyətlə böyüdüb boya-başa çatdırdığım oğlumu itirmişəm. Xahiş edirəm, bu iş düzgün araşdırılsın. Yeganə istəyim budur”.

Müşavirədən sonra Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə kollegiyası ibtidai istintaq zamanı hər hansı kobud qanun pozuntusuna yol verilmədiyini bildirərək vəsatəti rədd edib. İş məhkəmə baxışına verilib. 

Zərərçəkmiş tərəf məhkəmənin qərarı ilə razılaşmır. Nərgiz Şəfiyeva Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edib. Ana oğlunun işi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədən, tam ədalətli araşdırma aparılmasını xahiş edib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Aprel 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri