Icma.az
close
up
RU
Təkcə yaşıl çay deyil: Antioksidantların yüksək miqdarı olan 7 qida

Təkcə yaşıl çay deyil: Antioksidantların yüksək miqdarı olan 7 qida

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaşıl çay, hüceyrələri zədələnmədən qorumağa kömək edən və xəstəlik riskini azalda bilən birləşmələr olan antioksidantlarla zəngindir. 

Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, bəzi məhsullarda bu içkidən daha yüksək antioksidant qabiliyyəti var. Məlumata görə, yaşıl çayın antioksidant qabiliyyəti təxminən 100 millilitrdə 570–2620 mikromoldur.

Nəşr həmçinin, antioksidantların miqdarının az olmadığı, bəzən isə daha çox olduğu məhsul və içkilərin siyahısını verib:

1. Giləmeyvələr

Giləmeyvələr C vitamini baxımından zəngin olduğu üçün antioksidantların əla mənbəyidir. Bu, xüsusilə qarağat və itburnu giləmeyvələrinə aiddir. Məsələn, bir fincan qarışıq giləmeyvənin 26 milliqram (mq) və ya gündəlik ehtiyacın (DV) 29%-i qədər C vitamini təmin etdiyi göstərilir.

Məqalədə qeyd olunur ki, giləmeyvələr həmçinin polifenolların və bitki piqmentlərinin bir növü olan antosianinlərlə zəngindir. Bu birləşmələr giləmeyvələrə qırmızı, bənövşəyi və mavi rəng verir.

2. Kələm

Tərəvəzlər antioksidantların əla mənbəyidir. Bir araşdırmada 303 tərəvəz və tərəvəz məhsulunun antioksidant qabiliyyəti ölçülüb. Göstərilir ki, orta hesabla tərəvəzlər 100 qramda təxminən 800 mikromol antioksidant ehtiva edir. Lakin bəzi tərəvəzlər daha çox, bəziləri isə daha az olub.

Araşdırmanın nəticələrinin göstərdiyi kimi, qıvrım kələmin (curly kale) antioksidant qabiliyyəti 100 qramda təxminən 2800 mikromoldur. O, həmçinin A və C vitamini ilə zəngindir və polifenollar ehtiva edir.

3. Kakao

Kakao tozunda qramda təxminən 636 mikromol antioksidant aktivliyi var. Bu o deməkdir ki, daha çox kakao ilə hazırlanan şokolad daha yüksək antioksidant aktivliyinə malikdir.

Nəşr göstərir ki, antioksidantlarla zəngin məhsulların qəbulu iltihabı azaltmağa və xəstəliklərin qarşısını almağa kömək edə bilər. 2023-cü ildə aparılmış bir araşdırma, polifenolla zəngin 10 qram kakaonun ürək sağlamlığı ilə əlaqəli iltihabı azaltmağa kömək etdiyini müəyyən etmişdir. 2024-cü il araşdırmasında isə müəyyən edilmişdir ki, kakao qəbul edən insanların qanında xolesterol səviyyəsi daha aşağı olub.

4. Ədvalar

Ədvalar toxumlardan, qabıqdan, köklərdən və ya bitki yarpaqlarından alınır, çünki bu hissələrdə çoxlu miqdarda polifenol var. Göstərilir ki, 2024-cü ildə 425 ədva və göyərti üzrə araşdırma aparılıb. Məlum olub ki, ən yüksək antioksidant qabiliyyəti mixəkdə olub, onun ardınca yarpız, yerkökü, darçın, qəndəfil, kəklikotu, adaçayı, rozmarin, zəfəran və tarxun gəlir. Əlavə edilir ki, onların antioksidant qabiliyyəti qramda 440-dan 2770 mikromola qədər dəyişir.

5. Toxumlar

Toxumlar A və E vitamini kimi antioksidant qida maddələri ehtiva edə bilər. Onlar həmçinin polifenollarla zəngindir. 2020-ci ildə aparılmış araşdırmanın nəticəsinə əsasən, ən yüksək antioksidant qabiliyyəti günəbaxan toxumlarında olub, onu kətan toxumu, küncüd, haşhaş və kənafir toxumu izləyib.

6. Qoz-fındıq

Qoz-fındıq antioksidant qida maddələri və faydalı bitki birləşmələri ilə zəngindir. Cari 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, hər gün 60 qram və ya daha çox badam qəbulu qanda oksidativ stress göstəricilərini aşağı sala bilər. İzah olunur ki, bu, xəstəliyə səbəb ola bilən hüceyrə zədələnməsi vəziyyətidir.

Materialda deyilir ki, qoz-fındığın qəbulu antioksidant fermentlərinin fəallığını artıra bilər, bu da hüceyrələri qorumağa kömək edir.

7. Qəhvə

Qəhvə ən çox antioksidant ehtiva edən içkilərdən biridir. Xüsusilə, dəyirmanlanmış qəhvədə qramda 75-dən 172 mikromola qədər antioksidant aktivliyi var.

Eyni zamanda, qəhvədəki antioksidantların miqdarı qəhvə çəyirdəyinin sortundan, qovurulma və hazırlanma üsulundan asılı olaraq dəyişə bilər. 2020-ci il araşdırmasına görə, Aeropress qəhvəsi ən yüksək antioksidant qabiliyyətinə malikdir. İkinci yeri damcı qəhvə (drip coffee) tutub, onu pour-over üsulu ilə hazırlanmış qəhvə, espresso və french press qəhvəsi izləyib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri