Tələbə şikayət etməsə, imtahan qiyməti dəyişdirilə bilər? CAVAB
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ali təhsil müəssisələrində imtahan sessiyası davam etdiyi bir vaxtda yazılı imtahanların yoxlanılması və qiymətləndirilməsi ilə bağlı narahatlıq doğuran məqamlar gündəmə gəlir. Belə ki, bir sıra hallarda tələbələrin imtahan nəticəsindən narazı olmadığı və apellyasiya müraciəti etmədiyi halda belə, onların imtahan işlərinin dekanlıq və ya kafedra səviyyəsində yenidən açıldığı, təkrar yoxlanıldığı və nəticədə ilkin qiymətin dəyişdirildiyi iddia olunur. Hətta bəzi hallarda tələbənin xəbəri və razılığı olmadan aparılan bu yenidən baxışın imtahan nəticəsinin aşağı salınması, eləcə də tələbənin kəsilməsiylə də müşahidə olunur.
Maraqlıdır, ali təhsil müəssisələrinin daxili qaydaları bu cür hallara nə dərəcədə imkan verir? Tələbənin razılığı və rəsmi müraciəti olmadan imtahan vərəqəsinin yenidən yoxlanılması və qiymətin dəyişdirilməsi nə dərəcədə doğrudur?
Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bu situasiyada tələbələrin imtahan nəticələri ilə bağlı narazılığı yaranarsa, həmin nəticələr açılmalı və yenidən, əyani şəkildə qiymətləndirilməlidir. Onun fikrincə, xüsusilə imtahan sessiyası dövründə bu məsələ olduqca həssasdır.
“Yazılı imtahanlarda tələbə nəticə ilə yalnız müəyyən hallarda – kəsir yarandıqda, təqaüd almaqda problem olduqda və ya 1-3 bal çatışmazlığı səbəbindən apellyasiya müraciəti etdikdə tanış ola bilir. Bu zaman imtahan işi açılır və yenidən yoxlanılır”.
Ekspert nəzərə çatdırıb ki, digər hallarda isə, əgər tələbə imtahan nəticəsindən narazı deyilsə və qiymətlə razıdırsa, onun işinin yenidən açılıb yoxlanılması yolverilməzdir:
“Belə hallarda əvvəl bir qiymət alan tələbənin sonradan tam fərqli qiymətlə qiymətləndirilməsi nə hüquqi, nə də etik baxımdan düzgün hesab edilə bilməz. Yenidən yoxlanma yalnız tələbənin məlumatı və razılığı əsasında həyata keçirilə bilər”.
Elçin Əfəndi bu kontekstdə istisna halların mövcud olduğunu da qeyd edib:
“Əgər kafedra və ya dekanatlıq səviyyəsində imtahanın keçirilməsi ilə bağlı ciddi pozuntu - məsələn, imtahan suallarının öncədən verilməsi və ya imtahan prosesində qanunsuzluq faktı aşkar olunarsa, bu zaman tələbələrə əvvəlcədən məlumat verilmədən nəticələrin yenidən yoxlanılması mümkündür. Bu, xüsusi və istisna hal kimi qəbul edilməlidir”.
Təhsil eksperti onu da əlavə edib ki, belə hallar istisna olmaqla, tələbələrin nəticələrinin zərurət olmadan yenidən yoxlanılması doğru deyil:
“Əgər tələbələr öz məlumatları olmadan bu cür hallarla üzləşirlərsə, onlar mütləq şəkildə müvafiq instansiyalara - dekanlığa, habelə, rektorluğa müraciət etməlidirlər. Bu cür hallara yol verən idarəedici strukturlar da öz məsuliyyətini dərk etməlidirlər”,- deyə E.Əfəndi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 13 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















