Icma.az
close
up
RU
Tələbələr bahalı kirayələrə görə bir evdə bir neçə nəfər qalmağa məcbur olur AÇIQLAMA

Tələbələr bahalı kirayələrə görə bir evdə bir neçə nəfər qalmağa məcbur olur AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda ali məktəblərə qəbul və ixtisas seçimi prosesi davam etdiyi üçün kirayə mənzil bazarında da hərəkətlilik artmağa başlayıb. Xüsusilə bölgələrdən Bakıya təhsil almaq üçün gələcək tələbələrin ev axtarışına başlaması kirayə qiymətlərinə təsir edən əsas amillərdən biri hesab olunur.

Bəs, yeni tədris ili ərəfəsində kirayə mənzil bazarında qiymətlər daha da artacaqmı? Tələbə axını bazara necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, hər il avqust ayının sonundan başlayaraq sentyabr ayının sonuna qədər paytaxtın kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunur:

"Bunun əsas səbəbi həmin aylarda bölgələrdən Bakıya təhsil almaq üçün gələn on minlərlə tələbənin kirayə mənzil axtarışında olmasıdır. Hazırda daşınmaz əmlak bazarında baş verən qiymət artımları kirayə mənzil bazarına da təsir göstərir. Mənzillərin satış qiymətlərinin yüksəlməsi onların kirayə haqlarının da artmasına səbəb olur. Digər tərəfdən, ali təhsil müəssisələrinin böyük hissəsinin Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşməsi həmin ərazilərdə kirayə mənzillərə tələbatı daha da artırır. Hazırda kirayə mənzillərin qiymətlərində müşahidə olunan ciddi artım səbəbindən tələbələr kirayə xərcini qarşılamaq üçün kiçik otaqlarda bir neçə nəfərlə birlikdə yaşamağa məcbur olurlar. Bu isə onların təhsilinə mənfi təsir göstərir. Digər tərəfdən, paytaxtın mərkəzinə yaxın ərazilərdə kirayə mənzillərin aylıq qiymətlərinin yüksək olması tələbələri Bakıətrafı ərazilərdə daha ucuz mənzillər kirayələməyə sövq edir. Nəticədə onlar gün ərzində bir neçə saatlarını yolda keçirir və əlavə nəqliyyat xərcləri ilə üzləşirlər. Təbii ki, tələbələrin vaxtlarının böyük hissəsini yollarda keçirməsi onların təhsilinə də ciddi mənfi təsir göstərir.

Bir zamanlar ali təhsil müəssisələrinin və peşə məktəblərinin əksəriyyətinin yataqxanaları var idi. Lakin zaman keçdikcə həmin yataqxanaların qəzalı vəziyyətə düşməsi və istismara yararsız hala gəlməsi onların istifadəsini mümkünsüz edib. Hesab edirəm ki, vaxtilə mövcud olmuş tələbə yataqxanaları sökülərək onların yerində daha müasir, çoxmərtəbəli və geniş tutumlu yataqxanalar inşa olunarsa, bu, tələbələrin mənzil probleminin həllinə, vaxt itkisinin azalmasına və yol xərclərinin minimuma enməsinə ciddi töhfə verər. Tələbə yataqxanalarının yenidən tikilərək istifadəyə verilməsi kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsinə də müsbət təsir göstərə bilər".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri