“Təmiz xalı”dan şikayət var
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtda fəaliyyət göstərən "Təmiz xalı" təmizlik şirkətinin göstərdiyi xidmətin keyfiyyətsizliyi və müştəri hüquqlarını kobud şəkildə pozmasına dair iddialar var.
“Yeni Sabah” xəbər verir ki, Aynur Əhmədova adlı şəhər sakini sosial şəbəkədə şirkətin özbaşınalığı ilə bağlı geniş şikayət paylaşımı edib.
Şikayətçinin sözlərinə görə, 2 ay əvvəl yuyulmaq üçün şirkətə təhvil verilən 8 ədəd xalçadan yalnız 7-si geri qaytarılıb. Ev sahiblərinin şəhərdə olmadığı vaxtda xalçalar yaşlı anaya təhvil verilib, lakin çatdırılmanı edən əməkdaşlar işlərinin çox olduğunu bəhanə edərək heç bir sənəd imzalatmadan və xalçaları saymadan tələsik ərazini tərk ediblər. Dominos pizza
Şəhərə qayıtdıqdan sonra 1 xalçanın əskik olduğunu görən vətəndaş dərhal şirkətlə əlaqə saxlayıb. İlkin müraciətlər zamanı şirkət rəhbərliyi "narahat olmayın, xalçanı tapacağıq" vədləri ilə müştərini günlərlə aldadıb. Daha sonra isə şirkətin fəhləsi vətəndaşla əlaqə saxlayaraq təqsirin onda olduğunu boynuna alıb, xalçanın dəyərini ödəyəcəyini və ya yenisini alacağını bildirib. Lakin verilən vaxt bitdikdən sonra nə xalça tapılıb, nə də zərər ödənilib.
Məsələnin ən dəhşətli tərəfi müştərinin təkrar müraciətindən sonra ortaya çıxıb. Şirkət nümayəndələri guya müraciət üçün 10 günlük müddətin keçdiyini və təhvil-təslim zamanı imzanın olduğunu iddia ediblər. Lakin vətəndaşın imzalı sənədi tələb etməsinə qarşılıq heç bir sübut təqdim edə bilməyiblər. Əksinə, zərəri ödəməli olan fəhlə zənglərə cavab verməyərək vətəndaşı polislə hədələyib, şirkət rəhbərliyi isə "kimə istəyirsiniz şikayət edin, vecimizə deyil" cavabı ilə məsuliyyətdən açıq-aşkar boyun qaçırıb.
İstehlakçı pozulmuş hüquqlarının bərpası, xalçasının dəyərinin ödənilməsi və şirkət əməkdaşlarının özbaşınalığına hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirib.
Baxış sayı:46
Bu xəbər 08 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















