Icma.az
close
up
RU
Təzə yesəniz xeyir, boyat yesəniz zəhər... Çörəkdən sonra ikinci QİDA KARTOF

Təzə yesəniz xeyir, boyat yesəniz zəhər... Çörəkdən sonra ikinci QİDA KARTOF

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Tərkibindəki qidalı və bioloji fəal maddələrin hesabına bəzi xalqların qidasında çörəkdən sonra ikinci yeri tutur.

Lakin kartofdakı C vitamini saxlanılma və termiki emal zamanı qismən azalır. Kulinar emalı zamanı C vitaminini qorumaq üçün onu təmizləyib uzun müddət suda saxlamaq olmaz. Kartofu bişirdikdə onu soyuq suya deyil, qaynayan suya salmaq lazımdır. Xörəklərə isə bişməyə 20-25 dəq qalmış əlavə olunur. Bişmiş xörəyin içərisində kartofdakı C vitamini daha tez parçalanır.

Ona görə bişirilmiş kartofu saxlamaq məsləhət görülmür. Tibbdə kartof təkcə vitamin mənbəyi olan qida kimi istifadə olunmur. Tərkibində kaliumun miqdarı çox olduğundan, böyrək və ürək xəstəlikləri zamanı pəhriz yeməkləri hazırladıqda nəzərə alınır.

Təzə kartof şirəsi mədənin yüksək turşuluğu ilə müşahidə olunan qastritdə və qəbizlikdə orqanizmə yaxşı təsir göstərir. Kartof şirəsini mədə xorası xəstəliyində də qəbul edirlər. O mədəaltı vəzinin sekresiyasını zəiflədir, spazmalara müsbət təsir edir və yaranın sağalmasına kömək edir. Bir qayda olaraq, təzə kartof şirəsi gündə 2-3 dəfə yeməkdən yarım saat əvvəl 0,5 stəkan içilir.

Kartof şirəsinin tərkibində asetil-xolin olduğundan hipertoniyalı xəstələrdə qantəzyiqinin aşağı düşməsinə kömək edir. Xalq təbabətində çiy kartof əzintisi yanmış, ekzema və digər xəstəliklərdə dərinin üstünə təpitmə kimi qoyulur.

Bişirilmiş kartofun isti buxarı ilə yuxarı tənəffüs yollarının katarını müalicə edirlər. Kosmetoloqlar üzün dərisinin quruması və günəşlə yanması zamanı kartofdan hazırlanmış maska məsləhət görürlər. Bu məqsədlə qabıqla bişirilmiş kartof qaymaqla əzilir və isti sıyıqvari kütlə bərabər layla üzə yaxılır. 287 Qida və müalicə üçün ancaq sağlam və təzə kartof yararlıdır. Cücərmiş və yaşıl rəngli kartofdan istifadə etmək qorxuludur.

Çünki cücərmiş kartofda zəhərli qlikoalkaloid – salonin vardır. Təzə kartofda solaninin cüzi miqdardadır. Lakin qabığın altında və gözcüklərin yaxınlığında solanin miqdarı 0,01%-ə qədər artır. Yaşıl rəngli, cücərmiş və çürümüş kartofda solanin nisbətən çox olur. Bahar fəslində və yazın sonunda uzun müddət saxlanmış kartofda çoxlu solanin qlükozidi toplanır. Ona görə də bu dövrdə köhnə kartofun qabığını qalın soymaq məsləhət görülür.

Bişmiş kartofun acı dadı və boğazı göynətməsi keyfiyyətsiz və tərkibində solanin çox olan kartofdan istifadə olunmasını göstərir. Solaninin artıq miqdarı qırmızı qankürəciklərini məhv edir və mərkəzi əsəb sisteminə pis təsir edir. Belə kartofdan hazırlanan yeməklərdən uşaqlar daha tez zəhərlənir.

Zəhərlənmə ürəkbulanma, qusma, ishal, ürəkdöyünmə, təngnəfəslik, qıcolma və ağır hallarda huşsuzluq vəziyyəti ilə xarakterizə olunur. Belə hallarda dərhal həkimə müraciət etmək yaxşı nəticə verir

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri