Tibb bacısı necə ginekoloq oldu? Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"German Hospital"da əməliyyat zamanı doğum gününü qeyd edən həkimlə bağlı yeni faktlar ortaya çıxıb.
Hurriyyet.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumatlara görə, Ləman Əliyeva mama-ginekoloq olmazdan əvvəl tibb bacısı kimi fəaliyyət göstərib.
Bundan əlavə Ləman Əliyeva klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Dr. Əziz Rəfibəyovun həyat yoldaşıdır. Bu həm Ləman Əliyevanın həm də Əziz Rəfibəyovun ikinci evliliyidir, bu evlilikdən onların bir övladı dünyaya gəlib. Doğum günü qalmaqalında adı hallanan Ləman Əliyevanın ilk evliliyindən iki övladı var.
Ehtimal olunur ki, evlilikdən sonra Dr. Əziz Rəfibəyov həyat yoldaşını "German Hospital"da Cərrah-mama ginekoloq kimi təyin edib. Əziz Rəfibəyov isə "German Hospital"da Cərrah-mama ginekoloq və şöbə müdiri vəzifələrində çalışır.
Qeyd edək ki, bu hadisədən sonra Səhiyyə Nazirliyi tərəfindən “German Hospital”da plandankənar yoxlama keçirilib. Araşdırma zamanı inzibati qayda pozuntuları aşkarlanıb və 4 tibb işçisi hər biri 500 manat cərimə olunub. Səhiyyə Nazirliyi məsələyə dair əlavə tədbirlər görə biləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















