Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...”

Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar paytaxtda əsas problemlərdən biri yollarda yaranan tıxaclardır. 

Vətəndaşlar xüsusilə günün müəyyən vaxtlarında uzun müddət tıxaclarda gözləməli olurlar. Bu istiqamətdə müəyyən addımlar atılmasına baxmayaraq, problem hələ də öz həllini tapmayıb. 

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bu mövzuya toxunub:

“Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. İndi bir çoxlarının yadından bəlkə də çıxıb, xüsusilə gənc nəsil bəlkə də bunu heç bilmir. Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. 

Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi”. 

İlham Əliyev, həmçinin qeyd edib: 

“Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. 

Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”. 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cebheinfo.az”-a bildirib ki, tıxac bütün dünyada problemdir və ölkəmizdə onu dəqiqliklə düşünərək aradan qaldırmaq lazımdır: 

“Biz problemi müəyyənləşdrmişik və problem qismən də olsa, yol infrastrukturundan tutmuş kiçik məmurlara qədər gedib çıxır. Bu sahədə vəziyyət ona görə idarəolunmaz hala gəlib çıxır ki, vaxtında bu işlər sistemli şəkildə görülməyib. Bu gün elmi araşdırmalara, müxtəlif sənədlərə baxırıq və görürük ki, tıxac dünya iqtisadiyyatına nə qədər zərər vurur. Nəqliyyat elə bir qarışıq sahədir ki, dünyada nə qədər insan varsa, onun 10 faizinin iş yeri nəqliyyatla bağlıdır. Biri sürücüdür, digəri müşın düzəldir, istehsalçıdır və s. 

Nəqliyyat çox dəqiqlik sevən sahədir və bizdə təəssüflər ki, bu vaxta qədər təsadüfi insanların əlində olub. İstər dəmir yolu, istər avtomobil yolu və s. Bundan sonra çalışırıq ki, biz vəziyyətdən çıxış yolu tapaq. İnsanlar tıxacda qalmamalıdır. Bir insanın 40 dəqiqə tıxacda qalması onun gün ərzində iş əmsalının 15 faiz azalmasına gətirib çıxarır. Təsəvvür edin ki, nazir, müəllim, iqtisadçı, maliyyəçi və s. tıxacda qalırsa, iş əmsalı aşağı düşür. 

Bu zaman tıxac ÜDM-yə nə qədər təsir göstərir? Tıxac o deməkdir ki, avtomobillər dayanıb, mühərrik işləyir, ətraf mühitə zəhərli qaz buraxır. Bir avtomobil 10 km yolu qısa bir müddətdə keçsə, onun buraxdığı zəhərli qaz daha az olur. Bir də var ki, 10 km yolu yarım saata keçsin. Əgər 10 km məsafədə mindən çox maşın varsa, vəziyyət necə ola bilər? Həm zəhərlənirik, həm əsəblərimiz korlanır, həm də iş əmsalı aşağı düşür”. 

Ekspertin sözlərinə görə, dövlət yatırım edir, işlər görür, amma işin keyfiyyəti artmaq əvəzinə, azalır:

“Tıxacdan ölkə boğulur. Cənab Prezident dünənki çıxışında da bildirdi ki, əhalinin imkanı yaxşılaşıb, müəyyən qüsurlar, çətinliklər var. Bu gün elə insan var ki, həyətində 4-5 maşın var. Elə insan var ki, 15 avtomobil yığıb, kolleksiya düzəldib. Bu, o deməkdir ki, avtomobilləşmə sürətlə gedir. Yol infrastrukturu da düzgün qurulmayıb. Ölkə başçısı da çox incə bir məqama toxundu ki, tıxacın qarşısını almaq üçün bəzi yollar çəkilib, ancaq tıxac yaradır. 

Çünki yarıtmaz məmurlar layihələndirməni düzgün aparmayıblar. Bu kimi problemlər dövlətə, insanların əsəblərinə, güzəranına da çox böyük mənfi təsir göstərir. Bu bəladan tez bir zamanda xilas olmaq lazımdır. Nəinki Bakı, artıq bəzi bölgələrimiz var ki, onlarda da tıxac hiss olunmaqdadır. Gəncə, Sumqayıt və digər şəhərlərimizdə də artıq tıxac olur. Məsələn, Sumqayıtda günün müəyyən saatlarında tıxac yaranır. Quba-Qusar zonasında da bu problem özünü göstərir. 

Orada da yol infrastrukturunu düzgün qurmayıblar. Yol kənarlarında yol, piyada infrastrukturunu bərpa etməyə, mikromobillik işləri görməyə çalışırlar. Məlum olub ki, yol kənarlarının hamısı satılıb. Sanki vəzifəyə ancaq torpaq satmaq üçün gəliblər. 

İnsanların gününün əsas hissəsi yolda keçir. O insanın beyni səhər daha sakit olur və işə daha böyük töhfə verə bilər. Ancaq səhər tıxacda gərginlik keçirir. Yaxud axşam evə gedir, ailəsinə xoş üz göstərməli, övladlarının təhsili, gündəlik qayğıları ilə maraqlanmalıdır. Ancaq tıxacdan çıxıb elə vəziyyətdə evə gedir ki, əsəbi, gərgin vəziyyətdə olur. Bütün bunlar tıxacın yaratdığı amillərdir”.

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri