Icma.az
close
up
RU
Tıxacda vaxt itirən insanlar işdən 1 saat tez çıxacaqlar? Deputatdan AÇIQLAMA

Tıxacda vaxt itirən insanlar işdən 1 saat tez çıxacaqlar? Deputatdan AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı bildirib ki, Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar atılmalıdır. 

"Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır", - deyə millət vəkili vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov həmkarının təklifi ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, dəyişən iş qrafiki Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi təsdiq olunub.

Onun sözlərinə görə, Dövlət Proqramına əsasən 2025-2026-cı illərdə bu istiqamətdə təhlillərin aparılması, mexanizmin hazırlanması məhz bu qrafikin təsdiqinə gətirib çıxarmalıdır:

"Bu isə o deməkdir ki, növbəti il biz artıq dəyişən iş qrafikinin təsdiqini və tətbiqini müşahidə edə bilərik. Təbii ki, bu zaman artıq sektoral yanaşma çox önəmlidir. Çünki bəzi sektorlarda işin tez, bəzi sektorlarda nisbətən gec başlaması birbaşa həmin sektorlarda olan xidmətə tələblə bağlıdır. O baxımdan təbii ki, bu vacib məqamlardan biri məhz mexanizmin hazırlanması, həmin mexanizmə uyğun olaraq iş qrafikinin müəyyənləşdirilməsidir".

Millət vəkili məsələnin iqtisadi tərəfindən də danışdı:

"İqtisadi baxımdan təbii ki, bu, tıxacların azalmasına, nəqliyyat sıxlığının xeyli dərəcədə azalmasına gətirib çıxara bilər. Təbii ki, nəqliyyat sıxlığı yalnız iş qrafiki ilə bağlı deyil, amma iş qrafiki də nəqliyyat sıxlığına təsir edən faktorlardan biridir.

Bu, eyni zamanda bəzi sektorlarda, xüsusən xidmət sektorunda hətta tələbi belə artıra bilər. Çünki nəticə etibarilə, məsələn, bəzi sektorların daha tez işə başlaması, daha tez işini başa vurması, işdən sonra xidmət sektorunda tələbə təsir göstərir. Eyni zamanda tıxacın azalması işdən kənar itirilən saatların azalmasına və iş məhsuldarlığının artmasına gətirib çıxarır. Ona görə iqtisadi baxımdan da səmərəlidir. Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən bir çox Avropa İttifaqına üzv olan dövlətlərdə tətbiq olunan mexanizmdir və Azərbaycanda da Dövlət Proqramına uyğun olaraq artıq növbəti il bu mexanizmin təsdiq ediləcəyi gözlənilir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Dekabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri