Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin fotoları Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin bəzilərinin fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, fotolar sosial şəbəkədə yayılıb.
Şəkillərdə çavuş Qələndər Mail oğlu Əhmədov, çavuş Bəhlul Aydın oğlu Əliyev, baş gizir Ruslan Əhliman oğlu Qurbanov əks olunub.
Qeyd edək ki, dünən axşam saatlarında Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Ölənlərdən beşi hərbçidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.
Qəzada ölən digər şəxs "Mercedes" markalı avtomobildə olan E.Həsənovdur. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















