TRAMP QƏZZAYA ÇÖKƏCƏM DEDİ, İSRAİL HƏRƏKƏTLƏNDİ Köçlə bağlı Xüsusi Qrup yaradıldı
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fələstinlilərin Qəzzadan könüllü köçünə yardım etmək məqsədiylə İsrail Müdafiə Nazirliyində Xüsusi Qrup yaradılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yisrael Katz əmr imzalayıb.
Əmrə əsasən, Qəzzadan könüllü köçmək istəyən fələstinlilərə nəqliyyatdan tutmuş, digər dəstəklərə qədər veriləcək.
“Yediot Ahronot” qəzeti yazır ki, Xüsusi Qrupun rəhbərliyində İsrail təhlükəsizlik təşkilatları və digər nazirliklərin nümayəndələri təmsil olunacaqlar: "Qəzzada yaşayan və üçüncü ölkəyə könüllü olaraq köçmək istəyən hər kəs üçün dəniz, hava və quru yolu ilə xüsusi çıxış imkanı yaradılmaqla yanaşı, onlara hərtərəfli yardım göstəriləcək"
Qəzet ABŞ prezidenti Donald Trampın "Qəzza mənim olacaq. Oradakı fələstinliləri qonşu ölkələrə köçürəcəyik" bəyanatından sonra belə bir qrupun yaradılmasının təsadüfi olmadığını iddia edib.
Zülfiyyə
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















