Trampın Qrenlandiya ilə bağlı fikiri nədir? Ağ Ev dəki görüşdə sirlər açılacaq
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen və Qrenlandiyanın Müstəqillik və Xarici İşlər naziri Vivian Motzfeldt ilə qapalı görüş keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, əvvəlcə danimarkalı və qrenlandiyalı diplomatlar ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək istəyiblər. Danışıqların Dövlət Departamentində keçirilməsi planlaşdırılsa da, son anda Cey Di Vensin bu prosesə qoşulmaq istəməsi səbəbindən görüş yerinin Ağ Evə dəyişdirildiyi qeyd olunur.
Danışıqlarda Marko Rubio, Cey Di Vens, Lars Løkke Rasmussen və Vivian Motzfeldt iştirak edəcək. Rəsmi şəxslər bu barədə mətbuata anonimlik şərti ilə məlumat veriblər.
“Bloomberg”in məlumatına görə, görüş zamanı Danimarka və Qrenlandiya nümayəndələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı əsl niyyətlərini öyrənməyə çalışacaq və adanın ABŞ-a birləşdirilməsinə qarşı arqumentlər səsləndirəcəklər.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 14 Yanvar 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















