Icma.az
close
up
RU
Tural Abbaslı : Rusiyanın solovyovları, zatulinləri də var və Azərbaycana hədə qorxu gələnlər də o tip adamlardır

Tural Abbaslı : Rusiyanın solovyovları, zatulinləri də var və Azərbaycana hədə qorxu gələnlər də o tip adamlardır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva özünün çürümüş imperiya siyasətini və işğalçı üzünü göstərməyə davam edir. Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Ukraynanın Odessa şəhərində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurması şimal qonşumuzun Azərbaycana qarşı hibrid müharibəsinin təzahürüdür. Bu baxımdan, SOCAR-ın Ukraynadakı infrastrukturuna endirilən zərbəni qətiyyən təsadüfi hadisə hesab etmək olmaz. Kreml heç vaxt təsadüf anlayışı ilə hərəkət etmir. Azərbaycana qarşı atılan bütün addımlar xüsusi plana əsaslanır. Sözügedən plan isə ilk növbədə Azərbaycanın müstəqil siyasətinə, onun Cənubi Qafqazdakı liderlik mövqeyinə, habelə son vaxtlar Azərbaycan-ABŞ-Ermənistan formatında regionda sülh və sabitlik naminə atılan addımlara qarşı yönəlib. Putin Rusiyası ABŞ-nin Cənubi Qafqazda yeni geosiyasi arxitektura formalaşdırmaq səylərini özünə qarşı açıq təhlükə kimi dəyərləndirir. Rusiyalı politoloqların və hərbi ekspertlərin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması barədə isterik çıxışları da məhz Kremlin bu narahatlıqlarından qaynaqlanır.  Kreml strateqləri Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə görə ilk növbədə Azərbaycanı günahkar qismində təqdim etməyə çalışırlar. Kreml Azərbaycanın timsalında "yeni düşmən" obrazı yaratmağa çalışır. Belə bir obrazın yaradılması ona həm daxili sabitlik və cəmiyyətin toparlanması üçün, həm də postsovet ölkələrinə qarşı ekspansiv siyasətini davam etdirmək üçün lazımdır. Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz-kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsi də bu siyasətin tərkib hissələrindən biridir. Əlbəttə, Rusiyanın bu cür aqressiv addımlarının və təxribatlarının arxasında başqa amillər və motivlər də dayanır. SOCAR-ın Odessadakı neft bazasına zərbə endirməklə, Kreml həm də Ukrayna ilə istər energetika sahəsində, istərsə də digər sahələrdə əməkdaşlığı genişləndirməyə səy göstərən MDB ölkələrinə bir növ xəbərdarlıq etməyə, onları Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır. 


AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a açıqlamasında deyib ki, Rusiya-Azərbaycan münasibətləri hazırda kifayət qədər gərgindir. Fakt odur ki, Azərbaycan və Rusiyanın həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada əlaqələri kifayət qədər korlanmış vəziyyətdədir: 

"Üstəlik, Azərbaycan Prezidentinin ABŞ-yə son səfəri, orada imzalanan sənədlər əminəm ki, Rusiyanı ciddi surətdə hiddətləndirib. Hətta görünür, Putin bu məsələni şəxsiləşdirib. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə olarkən vurğuladı ki, dünyanın bir nömrəli ölkəsində və ən böyük liderin iştirakı ilə sənədlər imzalanır. Azərbaycana qəzəblənən Rusiya müxtəlif addımlarla cavab verməyə çalışır. Rusiyanın ölkəmizə qarşı atdığı addımlardan biri də Azərbaycanın beynəlxalq investisiyalarına zərbə vurmaqdır. Hələlik ən rahat şəkildə Ukraynadakı SOCAR-a məxsus müəssisələri vurur, çünki müharibə şəraitidir deyə, burada məsuliyyətdən yayınmaq asandır. Təbii ki, Azərbaycan sərt etirazını bildirir, alternativ cavablarını verir. Ukraynaya 2 milyon dollarlıq yardım göndərməklə, ərazi bütövlüyünü bir daha dəstəkləməklə mövqeyini nümayiş etdirdi". 


T.Abbaslı əlavə edib ki, Rusiyanın solovyovları, zatulinləri də var və Azərbaycana hədə-qorxu gələnlər də o tip adamlardır:

 "Ara-sıra rəsmilərin dilindən də qəbuledilməz ifadələr, yanaşmalar sərgilənir. Əlbəttə, xoş olmayan davranışdır. Azərbaycanla normal qonşuluq siyasəti yürütmək, maraqlarımızı nəzərə almaq, bizimlə dost olmaq lazımdır. Azərbaycan zəif ölkə deyil və bizim müttəfiqlərimiz heç zaman bizi yarı yolda, darda qoymazlar. Bu gün Ukraynanın müttəfiqləri Kiyevi yarı yolda qoyublar, ondan ərazi güzəşti tələb edirlər. O baxımdan bəzi rusların "Azərbaycana hücum edək" kimi sözləri sərsəm bəyanatlardır. Məsələ ondadır ki, Rusiya-Azərbaycan gərginliyinin aradan qalxması üçün Bakının edəcəyi heç nə yoxdur. İlk addımı Rusiya atmalıdır, çünki qarşıdurmanı məhz Moskva başladıb. Hələ də azərbaycanlılara qarşı təzyiqlər davam etdirilir. Kreml rəhbəri anlamalıdır ki, Azərbaycan diktə ediləsi ölkə deyil. Rusiya yanlış yoldadır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Avqust 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri