“Turan Tovuz”un müdafiəsi dağılır? Hakman üçün səssiz savaş
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Turan Tovuz" klubu aparıcı futbolçusu Emmanuel Hakmanı itirmək təhlükəsi ilə üzləşib.
Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi 30 yaşlı müdafiəçiyə yeni müqavilə təklif edib.
Lakin toqolu oyunçu bir sıra klublardan da təkliflər alıb.
Maraqlananlar arasında "Zirə"nin də olduğu bildirilir. Buna baxmayaraq, "Turan Tovuz" rəhbərliyi afrikalı futbolçunu komandada saxlamaq üçün danışıqları davam etdirir.
Hakman özü də bölgə klubunda qalmağa meyillidir. Ancaq yekun qərar verməzdən əvvəl ona gələn digər təklifləri də dəyərləndirmək niyyətindədir.
Qeyd edək ki, Emmanuel Hakman 2023-cü ildən "Turan Tovuz"un formasını geyinir. Onun mövcud müqaviləsi bu yay başa çatır. Təcrübəli müdafiəçi cari mövsüm Misli Premyer Liqasında keçirilən 27 turun hamısında meydanda olub.
Baxış sayı:155
Bu xəbər 15 Aprel 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















