Icma.az
close
up
RU
Türkiyə alimi: COP29un qərarları ekoloji transformasiyanın uzunmüddətli prosesinin əsasını təşkil edə bilər AZƏRTAC

Türkiyə alimi: COP29un qərarları ekoloji transformasiyanın uzunmüddətli prosesinin əsasını təşkil edə bilər AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 15 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyası (COP29) bəşəriyyət üçün konkret və strateji əhəmiyyətli qərarların qəbulu ilə yekunlaşmalıdır. COP29-un nəticəsi bütün dünyada ekoloji transformasiyanın uzunmüddətli prosesinin əsasını təşkil edə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Eskişehir Texniki Universitetinin Ekologiya kafedrasının professoru Cengiz Türe Azərbaycanda COP29-un əhəmiyyətini şərh edərkən bildirib.

Onun fikrincə, əgər əvvəllər təbii dövrələr insanın təsərrüfat fəaliyyətini müəyyən edir, cəmiyyətlərin sosial inkişafını stimullaşdırırdısa, bu gün təbiətin inkişafını daha çox şərtləndirən antropogen amillərdir. “İstixana qazlarının buraxılması nəticəsində artan qlobal istiləşmə ilə əlaqədar olaraq ətraf mühitin ritmləri və insanın genetik kodunun əsrlər boyu öyrəşdiyi temperatur rejimi dəyişir”, -deyə türkiyəli professor vurğulayıb.

O, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərlə ekoloji əməkdaşlığının effektiv mexanizmlərinin hələ də inkişaf etdirilmədiyini vurğulayıb. “Unutmamalıyıq ki, bir çox inkişaf etmiş ölkələr çirkləndirici sənayeləri inkişaf etməkdə olan ölkələrə köçürdülər və onlar özləri innovasiya və texnologiyaya arxalandılar. Ona görə də vəziyyəti ancaq investisiya və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi ilə dəyişmək olar”, -deyə alim hesab edir.

Türe qeyd edib ki, iqtisadi problemlərin azalması fonunda inkişaf etmiş ölkələrin cəmiyyətləri əlverişli ekoloji şərait olmadan sağlam həyat tərzinin mümkünsüzlüyünü hamılıqla dərk etməyə başlayır. “Təsadüfi deyil ki, ekoloji hərəkatlar rifah səviyyəsi yüksək olan ölkələrdə yaranıb. Daha çox boş vaxt keçirə bilən insanlar ekologiya haqqında düşünməyə başladılar, ekoloji hərəkatların funksionerlərinə və liderlərinə çevrildilər”, - deyən ekspert, habelə 1960-cı illərdə ABŞ-da təbiətdə çoxlu vaxt keçirən və aktiv şəkildə qorunan təbiət üçün xeyli pul xərcləyən “hippi” hərəkatını misal çəkib.

Eskişehir Texniki Universitetinin müəllimi atmosferə ən çox zərərli maddələr buraxan ikinci ölkə olan ABŞ-ın hazırkı rəhbərliyinin mövqeyinə də diqqət çəkib, Donald Tramp administrasiyasının Paris Sazişindən yenidən geri çəkilməyi planlaşdırması, bu razılaşmanı tərk etməyəcəyinin hələ aydın olmadığını bildirib.

Dövrümüzün ekoloji böhranı mövzusuna qayıdan professor belə bir fikir bildirib ki, cəmiyyətlərin davamlı inkişafının əsası üç amilin birləşməsidir: iqtisadiyyat, sosial proseslər və ekologiya. Onun sözlərinə görə, bu gün ətraf mühitin vəziyyəti bütün bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. İqtisadiyyatın prioritetini elan edən insanlar çox vaxt unudurlar ki, iqtisadi proseslər ətraf mühitin vəziyyətindən bilavasitə asılıdır.

COP29-a ev sahibliyi edən Azərbaycanın sakinlərinin də iqlim dəyişikliyinin mənfi təsirini hiss etdiyini deyən professor COP29 ərəfəsində Bakıya yağan güclü yağışları, eləcə də Qafqazın və Türkiyənin müəyyən ərazilərində quraqlıq və su çatışmazlığını xatırladıb. “Bütün bunlar Azərbaycanda və regionun sakinləri arasında iqlim sammitinə marağı artırıb”, -deyə Türe bildirib.

Alimin fikrincə, dövlətlər iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməyə hazır olduqları barədə bəyanatlarla kifayətlənməməli, ekoloji sahədə konkret fəaliyyət konsepsiyasını müəyyən etməlidirlər. “Biz başa düşməliyik ki, bəşəriyyət bu gün Yer atmosferinə bütün istixana qazlarının emissiyasını dayandırsa belə, problemlər hələ uzun onilliklər ərzində hiss olunmağa davam edəcək. Ona görə də təkcə emissiyaları azaltmaq deyil, həm də dəyişən təbii şəraitə uyğunlaşmaq vacibdir”, –deyə türkiyəli ekspert qeyd edib.

O, həmçinin ətraf mühitlə bağlı əhalinin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. “İnkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə təkcə yaşıl transformasiyanı stimullaşdırmaq deyil, həm də ekoloji cəhətdən daha davamlı nəsillər yaratmaq vacibdir. İnvestisiyalarla yanaşı, insanların dəyişən təbii şəraitə uyğunlaşmasına kömək etmək zəruridir”, - deyə Türe sözlərini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri