Türkiyə Azərbaycan qardaşlığının diplomatik təməlinin 34 cü ildönümüdür FOTO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi buna dair təbrik mesajı dərc edib.
Moderator.az xəbər verir ki, bu barədə səfirlik rəsmi "X" hesabında açıqlama yayıb.
"Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 34-cü ildönümü mübarək olsun. 14 yanvar 1992-ci il tarixində "Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin bərpası haqqında Protokol"un imzalanması ilə ölkələrimiz arasında qurulan diplomatik münasibətlər "İki dövlət, bir millət" anlayışı ilə bu gün strateji müttəfiqlik və qardaşlıq əsasında bütün sahələrdə daha da möhkəmlənərək davam edir.
Qarşılıqlı hörmət, etimad və ortaq tarix hissi ilə formalaşan bu güclü əlaqələr regionumuzda sülhə, istiqrara və rifaha töhfə verməyə davam edəcək", - deyə paylaşımda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















