Türkiyə bayrağına qarşı təxribat edən şəxslər sərt cəzalandırılacaq Ərdoğan
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə bayrağına qarşı edilən təxribata sərt reaksiya verib və məsul şəxslərin mütləq şəkildə cəzalandırılacağını bildirib.
Milli.Az xəbər verir ki, Ərdoğan qeyd edib ki, bayrağa uzanan çirkli əllər mütləq tapılacaq və bu xəyanətin hesabı günahkarlardan soruşulacaq.
Onun sözlərinə görə, Milli Müdafiə və Ədliyyə nazirlikləri tərəfindən müvafiq araşdırmalara başlanılıb və istintaqın nəticəsinə əsasən səhlənkarlığı və ya günahı olan hər kəs barəsində qanuni tədbirlər görüləcək.
Qeyd edək ki, yanvarın 20-də Mardin vilayətinin Nusaybin rayonunda naməlum şəxslər Türkiyə bayrağına qarşı təxribat törədərək, onu yarıyadək endiriblər. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.
Milli Savunma və Daxili İşlər Nazirlikləri sərhəddəki hadisə ilə bağlı idari və hüquqi araşdırma aparır.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















