Türkiyə ilə ABŞ arasında kritik Suriya müzakirəsi: Fidan Blinkenə xəbərdarlıq etdi
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, söhbət zamanı Suriyadakı son hadisələr müzakirə olunub.
Hakan Fidan ABŞ-a regionla bağlı tənqidi xəbərdarlıq edib. O, Suriyada əvvəlki səhvlərin təkrarlanmamasının vacibliyini vurğulayıb və bu məqamda rejimin realist davranması, müxalifətlə dialoq qurması və siyasi prosesə başlaması lazım olduğunu qeyd edib.
Bölgədəki bütün aktorların bu istiqamətdə konstruktiv rol oynaması lazım olduğunu vurğulayan Fidan, PKK və İŞİD kimi terror təşkilatlarının Suriyadakı xaotik mühitdən faydalanmasına imkan verilməməsi lazım olduğunu bildirib.
Nazir, həmçinin rejimin sahib olduğu kimyəvi silahların bölgədə riskə çevrilməməsi üçün lazımi tədbirlərin görülməsinin faydalı olacağını da qeyd edib.
Bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini xatırladan Fidan, Türkiyənin bu mövzuda lazımi dəstəyi verdiyini söyləyib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















