Icma.az
close
up
RU
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: Nə məcburdur, qiymətə mindirirsiniz? Cəvahir Nehru yazır…

“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: Nə məcburdur, qiymətə mindirirsiniz? Cəvahir Nehru yazır…

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sənətdən bixəbərin qalmaqal etməsi, onu-bunu söyüb-sulaması anlaşılandır. Çünki adamın səsi, sənəti yoxdur, amma gündəmdə qalmaq istəyir. Göstərməyə sənət, səs olmadığından məcburdur ki, soyunsun, bədənini göstərsin, onun-bunun bostanına daş atsın, qalmaqalları ilə şou-aləmdə səs-küy yaratsın, bir sözlə maqazin gündəminə düşsün.

Bunu başa düşdük. Yaxşı, bəs sənəti, səsi olanın dərdi-azarı nədir, nə etmək fikrindədirlər? Bax, beynim bunu həzm etməyə çətinlik çəkir.

Neçə-neçə sənət adamı yetişdirən, gənclərə ustad dərsləri verən İntiqam Kərimovu bu qalmaqala, dedi-qoduya sövq edən hansı səbəbdir?

Vaxtilə müğənni Vəfa Şərifova ilə qalmaqal yaratdı, daha sonra dostlaşdılar. Efirlərə qoşa çıxdılar, qoşa açıqlamalar verdilər. Tərifin də biri bir qəpikdən. İndi də peşmandır, kimsə Vəfa haqqında bir kəlmə irad səsləndirsin, hörmətli sənətkarımız düşüb ortaya həmin adamları ağ yuyur, qara sərir. Qızın, yəni bu Vəfanın qoltuğuna necə qarpız veribsə, xanım müğənni “üç badam bir qozdan” keçib Fikrət Əmirovun məşhur əsərlərinə… Vaxtilə gənc müğənnilərin məşhur əsərləri oxuyub pis günə qoyduqlarından şikayətlənən İntiqam bəy Vəfaya çatanda mövqeyini 180 dərəcə dəyişib. Ay İntiqam müəllim, belə pis çıxmasın, sizin indi hansısa xanım müğənni ilə reklam olunmaq, gündəmə gəlmək yaşınızdır? Axı sizin kifayət qədər təcrübəniz və sənətiniz var…

Nə vacibdir, kimisə bu qədər tərifləyirsiniz, qiymətə mindirirsiniz? İndiyə qədər qazandığınız hörmət-izzəti yerə vurmaqdan qorxmursunuz? Məqsədim Vəfanı “qılınclamaq” deyil, adam heç demir də sənətkaram, özünə görə oxuyur da, amma sənətkar da deyil axı…

Eləcə də digər sənətkarlaradır sözüm: bəzən efirlərə çıxıb elə müğənniləri urvata mindirir, elə təriflər yağdırırsınız ki, adam sizin yerinizə utanır. Özünüz də bunu yaxşı bilirsiniz ki, həmin adamlar o tərifə layiq deyillər. Bunu udqunmağınızdan da anlamaq olur. O saat bilinir ki, ürəkdən gəlməyən sözlərdir. Nə vacibdir onda? Üçdə alacağınız yox, beşdə verəcəyiniz. Bəlkə var, biz bilmirik?

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Fevral 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri