Üç rəngli şanlı bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Üç rəngli şanlı bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün azadlıq, qürur və iftixar mənbəyidir.
Dövlət bayrağımızın şanlı tarixi Azərbaycan Xalq Cumhuriyyətinin adı ilə bağlıdır. Xalqımızın görkəmli mütəfəkkiri Əli bəy Hüseynzadənin müəllifi olduğu müzəffər bayrağımız istiqlal ideologiyamızın üç təməl prinsipini özündə ehtiva edərək milli kimliyimizin əsasını təşkil edir.
Azərbaycan xalqı taleyüklü məsələlərdə doğru seçim etməklə hər zaman öz müdrikliyini nümayiş etdirib. Cənab Prezident İlham Əliyevə olan yüksək etimad və inam bütün uğurlarımızın və qələbələrimizin məntiqidir.
Hər bir Azərbaycan vətəndaşı yaxşı bilirdi ki, müzəffər bayrağımızı dünya siyasi arenasında və işğal olunmuş torpaqlarımızda dalğalandırmaq potensialı yalnız dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevdə cəmləşib. Ona görə də dövlət tariximizin ən qürurlu və ən əzəmətli anlarını yaşadığımız bu günlərdə hər bir Azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşməklə növbəti uğurlara doğru inamla addımlayır.
Biz qalib xalqıq və bizim bayrağımız suveren, qüdrətli, məğlubedilməz Azərbaycanın hər bir güşəsində şərəflə dalğalanır.
Əziz soydaşlarım, Dövlət Bayrağı Günümüz mübarək!
Günay Ağamalı
Milli Məclisin deputatı Günay Ağamalı.
Bu mövzuda digər xəbərlər:Şanlı Zəfər Ordusu xalqımızın qürur mənbəyidir
24 İyun 2025 12:46
Kəlbəcərdə şanlı bayrağımız əbədi dalğalanacaq!
24 Noyabr 2025 10:39
Üçrəngli bayrağımız bütün azərbaycanlılar üçün milli qürur mənbəyidir
06 Noyabr 2024 17:39
Deputat: Vətən müharibəsi Azərbaycanın şanlı tarixi, xalqımızın qürur mənbəyidir
26 Sentyabr 2025 18:54
Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır Ceyhun Bayramov
09 Noyabr 2025 12:02
Baxış sayı:91
Bu xəbər 09 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















