Icma.az
close
up
RU
Üçüncü tərəflər Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərər verməməlidir TBMM rəsmisi

Üçüncü tərəflər Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərər verməməlidir TBMM rəsmisi

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Lakin bəzi dairələr elə bir propaqanda apardılar ki, sanki o torpaqlar Azərbaycanın deyildi.

Trend xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycan üçün ədaləti bərpa etmədi.

"İndi Azərbaycan və Ermənistan danışıqlar aparır. Üçüncü tərəflər sülhə təşviq etmədiyi müddətcə onların arasına girməməlidir. Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərər verməməlidirlər",- deyə o bildirib.

F.Oktay əlavə edib ki, parlamentlərarası əlaqə Azərbaycan və Türkiyə dostluğuna mühim töhfə verir.

"Biz hər zaman bir-birimizin yanındayıq. Beynəlxalq nizamın bu qədər xaos içərisində olduğu dövrdə Azərbaycan və Türkiyə hər zaman və hər şəraitdə bir-birinə dəstəkdir. Biz Bakını Ankaradan, Ağdaşı İzmirindən ayrı görmürük və bu mümkün deyil",- deyə F.Oktay vurğulayıb.

Qeyd edək ki, bu gün Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransı keçirilib.

Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see185

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see172

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see124

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see124

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see122

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri