Icma.az
close
up
RU
Ucuz qızıllar saxtadır?

Ucuz qızıllar saxtadır?

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qızılın qiymətinin kəskin bahalaşması bu sahəyə marağı artırmaqla yanaşı, dələduzluq risklərini də yüksəldib. Xüsusilə investisiya və ya yığım məqsədilə qızıl alan vətəndaşlar üçün bazarda qeyri-şəffaflıq problemi daha qabarıq hiss olunur.

Alıcılar iddia edirlər ki, bəzi satışa təqdim olunan qızıl məmulatlarının üzərində göstərilən əyar ilə faktiki tərkibi arasında uyğunsuzluq var. Bu halda alıcılar aldıqları qızılın həqiqətən təmiz və göstərilən əyara uyğun olub-olmadığını necə müəyyənləşdirə bilərlər? Qızılın keyfiyyətini yoxlatdırmaq üçün hansı rəsmi və etibarlı mexanizmlər mövcuddur?

Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə…

Qızıl işi ilə məşğul olan Aynurə Qələndərova deyir ki, fırıldaqçılıq halları daha çox brilyant və yüksək əyar qızıllarda müşahidə olunur: “Qızılın dünya bazarındakı qiyməti hər gün dəyişdiyi üçün alış zamanı fərqli mənbələrdən müqayisə aparmaq tövsiyə olunur. Bu yanaşma iki baxımdan faydalıdır. Birincisi, məhsulun cari bazar dəyərini düzgün qiymətləndirməyə imkan verir, ikincisi isə potensial fırıldaqçılıq risklərini minimuma endirir”.

Qızıl satıcısı bildirir ki, qızılın qiyməti əyarları və istehsal edildiyi ölkəyə görə dəyişir: “Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə, mütəxəssisə yoxlatması məsləhət görülür. Bunun üçün xüsusi lazer aparatları var ki, bu cihazlarda qızılın içindəki əyar, qiymətli daşların çəkisi, xalisliyi və digər parametrləri müəyyən etmək mümkündür. Alıcı lazer aparatında yoxlama aparmasa belə, bazarda “qızıl alıram” tabeli olan yerlərdə məhsulun keyfiyyətini yoxlada bilər. Qızıl alarkən etibarlı mağaza ilə əlaqə saxlamaq və seçim etmək vacibdir. Qızılın 585, 750 və ya digər əyarlara uyğunluğunu göstərən rəsmi sənədlər də mövcuddur. Alıcı məhsulu alarkən bu sənədləri və sertifikatları tələb etməlidir”.

“Bunu zahiri baxışla müəyyən etmək mümkün deyil”

“Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov deyir ki, qızıl bazarında fırıldaqçılıq hallarının artması ilə bağlı assosiasiyaya nadir hallarda məlumat daxil olur: “Amma zərgərlik sənayesinin inkişaf etdiyi digər ölkələrdə olduğu kimi, qiymətli metallar bazarında da ayrı-ayrı hallarda saxtakarlıq və ya aldatma faktlarına rast gəlinməsi istisna edilmir. Belə halların yaranmasına təsir göstərən əsas amillər sırasında qiymətli metalların qiymətinin artması fonunda daha çox qazanc əldə etmək meylinin güclənməsi, eləcə də alıcının məmulatın faktiki tərkibini, əyarını və keyfiyyət göstəricilərini yerində dəqiq müəyyən edə bilməməsi göstərilə bilər. Qiymətli metalların və daşların keyfiyyətinin düzgün müəyyən olunması texniki baxımdan həssas məsələdir. Bu göstəricilərin yalnız zahiri baxış əsasında etibarlı şəkildə müəyyən edilməsi mümkün olmur”.

“Əyar damğası əsas şərtlərdəndir”

R.Əmircanov bildirir ki, alıcılar nəzərə almalıdırlar ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna əsasən, qanunvericilikdə nəzərdə tutulmuş istisnalar çıxılmaqla, Azərbaycan Respublikasında istehsal edilən, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: “Buna görə də alınması nəzərdə tutulan məmulatın üzərində dövlət əyar damğasının mövcudluğu əsas şərtlərdən biri hesab edilməlidir. Bununla yanaşı, qiymətli daşlara münasibətdə sertifikatlaşdırma, ekspertiza və diaqnostika ilə bağlı məsələlər də qanunvericiliklə tənzimlənir”.

Ən çox rast gəlinən saxtakarlıq üsullarına gəldikdə isə, mütəxəssis bildirir ki, belə hallardan biri aşağı əyarlı məmulatın daha yüksək əyarlı kimi təqdim olunmasıdır: “Həmçinin məmulatın çəkisi və ya üzərindəki daşlarla bağlı alıcının yanlış məlumatlandırılması da saxtakarlıq üsulları sırasına aid edilə bilər. Alıcı ilk növbədə məmulatın üzərində dövlət əyar damğasının olub-olmamasına, həmçinin göstərilən əyarın qanunvericilikdə nəzərdə tutulmuş standart əyarlardan birinə uyğun gəlib-gəlmədiyinə diqqət yetirməlidir. Qızıl üçün müəyyən edilmiş standart əyarlar 375, 500, 583, 585, 750, 958 və 999-dur. Əgər məmulatda qiymətli daşlardan istifadə olunubsa, həmin daşın xüsusiyyətlərini təsdiq edən ekspertiza sənədinin və ya sertifikatın təqdim olunması alıcının hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Peşəkar yoxlama necə aparılır?

Mütəxəssis bildirir ki, peşəkar yoxlama zamanı, bir qayda olaraq, rentgen-flüoresans analizi (XRF) kimi qeyri-dağıdıcı üsullardan, zərurət yarandıqda isə kupelyasiya üsulundan (od sınağı), eləcə də digər laborator-analitik metodlardan istifadə olunur: “Beynəlxalq praktikada XRF üsulu məmulatın tərkibinin operativ qiymətləndirilməsi üçün, kupelyasiya üsulu isə qızılın tərkibinin daha yüksək dəqiqliklə müəyyən edilməsi üçün tətbiq edilir. Bəzi hallarda induktiv əlaqəli plazma-optik emissiya spektrometriyası (ICP-OES) və atom-udma spektrometriyası (AAS) kimi instrumental üsullardan da istifadə oluna bilər. Belə xidmətlər, adətən, ixtisaslaşmış laboratoriyalarda və bu sahə üzrə müvafiq texniki imkanlara malik ekspertiza mərkəzlərində həyata keçirilir. Əsas məqsəd məmulatın əyarının, kimyəvi tərkibinin və digər keyfiyyət göstəricilərinin etibarlı şəkildə müəyyən edilməsidir”.

“İkinci əl məmulatların dövriyyəsi daha yüksək risk yaradır” 

R.Əmircanovun sözlərinə görə, alıcı məhsulun üzərində dövlət əyar damğasının mövcudluğunu, əyar göstəricisini, çəkisini, qiymətini, satış yerinin etibarlılığını, eləcə də təqdim olunan sənədləri diqqətlə yoxlamalıdır: “Alış-verişin daimi fəaliyyət göstərən, hüquqi ünvanı və əlaqə vasitələri aydın olan etibarlı satış məntəqələrindən həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Satıcı tərəfindən qəbzin təqdim edilməsi, dəyişdirmə və geri qaytarma şərtlərinin əvvəlcədən izah olunması da mühüm əhəmiyyət kəsb edir. Məmulatda qiymətli daş olduqda, daşın növü, çəkisi, xüsusiyyətləri, habelə mümkün olduğu təqdirdə buna dair sertifikatın və ya ekspertiza sənədinin təqdim edilməsi də tələb olunmalıdır. Şübhəli dərəcədə ucuz qiymət təklifləri, sənədsiz satış, qeyri-rəsmi elanlar və mənşəyi aydın göstərilməyən məhsullar alıcı üçün əlavə risk yaradır. Praktik baxımdan alıcılar üçün ən riskli seqmentlər məhsulun mənşəyinin, qəbzin, geri qaytarma şərtlərinin, əyar təsdiqinin və qiymətli daşlara dair sertifikatın aydın olmadığı satışlardır. Belə hallarda alıcının məhsulun həqiqi keyfiyyəti, hüquqi statusu və sonradan hüquqlarının müdafiəsi imkanları barədə dolğun məlumat əldə etməsi çətinləşir. Bu baxımdan sosial media vasitəsilə irəli sürülən qeyri-rəsmi təkliflər, sənədsiz ikinci əl məmulatların dövriyyəsi və satışı daha yüksək risk yaradır”.

Kaspi.az 

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Aprel 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri