Ukrayna 90 milyard avroluq Aİ kreditinin ilk tranşını bu ilin ikinci rübündə ala bilər
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqının (Aİ) 90 milyard avroluq kreditin ilk tranşının 2026-cı ilin ikinci rübündə Kiyevə ödənilməsi gözlənilir.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Matey Berestetski bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Aİ hazırda Ukraynaya növbəti iki il üçün vəd edilmiş 90 milyard avroluq krediti vermək üçün hüquqi əsasların son təsdiqi üzərində işləyir.
Berestetski bildirib ki, kreditin verilməsi ilə bağlı təklif gücləndirilmiş əməkdaşlıq çərçivəsində Aİ Şurasında müzakirə edilir. Şura tərəfindən qərar sadəcə çoxluqla qəbul edilə bilər, yəni məsələnin bloklanması mümkün deyil.
Bundan əlavə, gücləndirilmiş əməkdaşlıq qərarının təsdiqi üçün Avropa Parlamentinin razılığı da tələb olunur. Planlaşdırılır ki, həm Şura, həm də Parlamentin təsdiqi prosesi növbəti bir neçə həftə ərzində tamamlanacaq.
Beləliklə, ilkin tranşın 2026-cı ilin ikinci rübündə Kiyevə ödənilməsi gözlənilir. Kredit Ukraynanın iqtisadi sabitliyinin gücləndirilməsi və uzunmüddətli bərpa planlarının həyata keçirilməsi üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 05 Yanvar 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















