Icma.az
close
up
RU
Ukrayna Rusiya üzərindən iki ölkəyə “hücum etdi” Dəhşətli iddia

Ukrayna Rusiya üzərindən iki ölkəyə “hücum etdi” Dəhşətli iddia

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Ukraynanın “Drujba” neft kəmərinin infrastrukturuna zərbələr endirməsi mahiyyətcə bu marşrutla Rusiyadan xammal alan Macarıstan və Slovakiyaya hücuma bərabərdir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto deyib.

“Bu hücumlar Macarıstan və Slovakiyaya qarşı yönəlib, Rusiyaya deyil. Bizə ziyan vurur”, – XİN rəhbəri “YouTube” platformasında “Döyüşçü saatı” proqramında sualları cavablandırarkən bildirib.

Szijarto hesab edir ki, bu yolla Kiyev “Drujba” neft kəmərinə edilən hücumlara səssiz qalan Brüsselin dəstəyi ilə Budapeştə təzyiq göstərməyə çalışır:

“Onlar Ukrayna münaqişəsi və Kiyevin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı bizim mövqeyimizi dəyişməyə məcbur etmək fikrindədirlər. Bu isə Macarıstanın maraqlarına tamamilə zidd olan, lakin onlara uyğun gələn yanaşmadır”.

Bundan əvvəl Macarıstan Baş naziri Viktor Orban xəbərdarlıq etmişdi ki, ukraynalı həmkarı Volodimir Zelenskinin ölkəsinə qarşı təhdidləri nəticəsiz qalmayacaq.

Qeyd edək ki, ötən həftə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki “Drujba” neft kəməri infrastrukturuna bir neçə pilotsuz təyyarə və raket zərbələri endirib. Boru kəməri təmir olunarkən Macarıstan və Slovakiyaya neft tədarükü dayandırılıb. Budapeşt və Bratislava Kiyevdən hücumları dayandırmağı tələb edib və Avropa Komissiyasına Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin etmək öhdəliyi götürdüyünü xatırladıb.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri