Icma.az
close
up
RU
“Ukrayna sülh təklifi ilə razılaşmayacaq, bizim “B” planımız var” Kovalenkodan SENSASİON AÇIQLAMA

“Ukrayna sülh təklifi ilə razılaşmayacaq, bizim “B” planımız var” Kovalenkodan SENSASİON AÇIQLAMA

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Ukrayna və Rusiya arasında sülhə nail olmaq mümkün deyil. Sadəcə bunu başa düşmək lazımdır ki, Rusiya ilə Ukrayna arasında heç vaxt sülh olmayıb”. 
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib. Trampın prezidentliyə başlamasından sonra Rusiya-Ukrayna müharibəsinin gedişatını şərh edən analitik, münaqişədə sülhün mümkün olmayacağını bildirib.
“Sülh mümkün deyil”
“Bizi atəşkəsə, münaqişənin dondurulmasına məcbur etməyə çalışırlar. Buna görə də, indiki müharibə ya Ukraynanın qələbəsi ilə başa çatdırılmalıdır, ya da Üçüncü Dünya Müharibəsinə hazırlaşmaq lazımdır. Çünki Rusiya heç vaxt geri çəkilməyəcək. Hər hansı bir atəşkəs, Rusiyanın gələcək üçün resurs toplamaq imkanı deməkdir. Buna görə də, sülhə nail olmaq mümkün deyil. 
Üstəlik, Rusiya qoşunları öz xoşu ilə işğal olunmuş ərazilərdən heç vaxt çəkilməyəcək. Onlar bu ərazilərdə nəzarəti saxlamağa və nəzarət zonalarını genişləndirmək planlarını həyata keçirməyə çalışacaqlar. Bu, bizim qərbli tərəfdaşlarımızın anlamadığı təhlükədir”, - deyə A.Kovalenko bildirib. 
Analitik bildirib ki, Qərb hələ də Rusiyanın sülhə razılaşacağına inanır:
“Lakin bu, heç vaxt baş tutmayacaq”
“Onlar qəribə də olsa, inanırlar ki, Rusiyanı hələ də sakitləşdirmək, sülhə meylləndirmək olar. Yox, bu mümkün deyil. Rusiya müharibə aparan və işğal edən bir ölkədir. Ümumiyyətlə, Kursk vilayəti məsələsi xüsusi bir məsələdir. Əgər şərti olaraq atəşkəsdən danışırıqsa, Kursk vilayətində proseslərin çox pis getdiyi halda Moskva hansı atəşkəsə razı olacaq? Rusiya ilin sonuna qədər bu ərazinin bir hissəsinə nəzarəti bərpa edə bilmədi. Rusiya Donald Trampın inauqurasiyasına qədər bunu edə bilməyəcək. 
İndiki vaxtda belə, Ukrayna müdafiə qüvvələrinin Kursk əməliyyatı davam edir. Aparılan əməliyyatlar Ukraynanın Kurskda nəzarət zonasını genişləndirir. Bu, ilin əvvəlində Rusiyaya növbəti zərbədir. Bu səbəbdən də, atəşkəs olacağı təqdirdə təmas xəttinin hazırki durumu Moskva üçün ürəkaçan deyil. Moskva təklif olunacaq şərtlərlə razılaşmayacaq. O, bu şərtləri mübahisələndirəcək. Donald Tramp isə heç kimlə kompromisə getməyə hazır olmayan biridir”, - deyə analitik qeyd edib.
Ukraynanın “B” planı nədir?
Kovalenko hesab edir ki, Rusiyanın bu qədər zəiflədiyi bir vaxtda sülhə razılaşmaq Qərb və Ukrayna üçün düzgün addım olmaz:
“İndiki vəziyyətdə, xüsusilə də Rusiya heç vaxt olmadığı qədər zəiflədiyi bir zamanda, daha təsirli olan “B” planıdır. “B” planı həmişə güc planıdır. Yəni bizim əsas məqsədimiz, Donald Trampın inauqurasiyasından sonra onu bu istiqamətdə yönəltməkdir. Əlbəttə ki, ilk mərhələlərdə bu çox çətin olacaq, çünki Donald Tramp inauqurasiyadan sonra ilk günlərdə Ukrayna ilə bağlı xarici siyasət sahəsində öz sülh planını tətbiq etməyə çalışacaq. O, bu planı maksimum şəkildə tanıdacaq. 
Digər tərəfdən, biz davamlı olaraq Rusiyanın dialoqa ümumiyyətlə hazır olmadığını göstərməliyik. Çünki Rusiya üçün əsas məqsəd Ukraynanın bütün ərazisini işğal etməkdir. Rusiyaya veriləcək hər hansı bir fasilə, onun 2022-ci ilə qədər olmayan resurslarını toplamağa imkan verəcək. Bir il ərzində Rusiya elə bir güc və vasitələr toplaya bilər ki, bu, onun 1922-ci ildə belə malik olmadığı resurslardır. 
Müharibə Ukraynanın hüdudlarından kənara çıxa bilər. 
Bu halda Putin o qədər özünəinam hiss edə bilər ki, Suvalk koridorunu Kalininqrad vilayətinə qədər açmağa cəhd edə bilər. Polşanın bir hissəsini ayıraraq Baltikyanı ölkələri tamamilə ələ keçirmək, Finlandiyaya qarşı müharibə başlatmaq ehtimalı belə var. O, hətta münaqişə zonasını genişləndirmək və keçmiş sovet respublikalarının digər hissələrinə bəzi qüvvələrini göndərmək niyyətində belə ola bilər. Bütün təhlükə də bundadır. Bu təhlükənin, təhdidin dərk edilməsi bizim üçün çox vacibdir”, - deyə analitik əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri