Icma.az
close
up
RU
Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edilib

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edilib

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş prezidenti Petro Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, V.Zelenski bu gün müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Poroşenkoya qarşı tətbiq edilən sanksiyalar müddətsizdir, o, dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq və ticarət əməliyyatları məhdudlaşdırılacaq. P.Poroşenkonun Ukrayna ərazisi ilə resursların tranziti, daşınması və uçuşlar həyata keçirməsi, həmçinin kapitalın xaricə çıxarılması qadağan edilib. Sanksiyalar iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılmasını və dövlət əmlakının özəlləşdirilməsində və ya icarəsində iştirakın qadağan edilməsini nəzərdə tutur. Radiotezlik spektrindən istifadəyə məhdudiyyətlər tətbiq edilib və elektron kommunikasiya xidmətlərinin göstərilməsi tam dayandırılıb.

Bundan başqa, Poroşenkoya dövlət və müdafiə satınalmaları həyata keçirmək, xarici və hərbi gəmilərin Ukrayna limanlarına daxil olması qadağan edilib. Onun paya və ya təsirə malik olduğu şirkətlərin nizamnamə kapitalının artırılmasına məhdudiyyət qoyulub. Sanksiyalar həmçinin torpaq sahələrinin alınmasını, qiymətli kağızlar üzrə müqavilələrin bağlanmasını, eləcə də dividend və ya digər korporativ ödənişlərin həyata keçirilməsini qadağan edir.

Poroşenko ilə yanaşı, İqor Kolomoyski (iş adamı, "Privatbank"ın keçmiş sahiblərindən biri, Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın kürəkəni Viktor Pinçukun sifarişli qətlində şübhəli bilinir), Gennadi Boqolyubov ("Privatbank"ın keçmiş sahiblərindən biri), Konstantin Jevaqo ("Maliyyə və kredit" maliyyə-sənaye qrupunun keçmiş sahiblərindən biri, milyarder, “VA Intertrading” şirkətinin sahibi) və Viktor Medvedçuka (keçmiş deputat) da qarşı sanksiya tətbiq edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri