Icma.az
close
up
RU
Ukraynaya qarşı Rusiya ilə birləşən Şimali Koreya, okeanda da potensial müharibə ocağını alovlandırır

Ukraynaya qarşı Rusiya ilə birləşən Şimali Koreya, okeanda da potensial müharibə ocağını alovlandırır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Dünyada vəziyyət getdikcə daha da gərginləşir. Dəfələrlə demişik ki, artıq III Dünya müharibəsi gedir. Çünki 54 ölkə Ukraynaya kömək edir. Onlar öz hərbi qüvvələrini ora göndərməsələr də, hərbi silah-sursatlarını göndərirlər. Ukraynada müharibədə könüllülər iştirak edir. Eyni zamanda da, artıq Rusiyaya da Şimali Koreyadan gələn 12000 əsgər və zabit döyüşlərdə iştirak edir. Şimali Koreya prezidenti Kim Çen İn bəyan etdi ki, Rusiyaya kömək etməyə 100 minlik də qoşun hazırdı. Onların bir-biri ilə müttəfiqliyi haqqında sənədlər imzalanandan sonra bu qoşun da göndərilməyə hazırdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Elşad Həsənov bildirib ki, Kim Çen İn Cənubi Koreya ilə müharibəyə hazırdır: “Yaponiya Cənubi Koreyanın tərəfində, təbii ki, ABŞ da Şimali Koreya ilə müharibəyə qoşulacaq. Digər tərəfdən Çin Tayvanı özünə birləşdirmək istəyir, Amerika da buna maneə törədir, Tayvanı dəstəklədiklərini və Tayvana lazımi köməkliyi edəcəklərini bildirirlər. Buradan artıq Co Bayden Amerika ATACMS raketləri ilə Rusiyanın dərinliklərini vurmağa artıq icazə verdi. Fransa və Böyük Britaniya da Ukraynaya öz "SCALP/Storm Shadow" raketləri ilə Rusiyanın daxilinə vurmağa icazə verdilər. Yəni vəziyyət daha da kritikləşir. Bütün bunlar bəşəriyyətin sonuna gətirib çıxaracaq. Əgər bu müharibələr başlasa, bəşəriyyətin sonu deməkdir. Bu ölkələrin çoxunda nüvə silahları var və Rusiya artıq dəfələrlə bildirib ki, “əgər dövlətimizin təhlükəsizliyinə qarşı təhdidlər olarsa, biz özümüzün nüvə silahından istifadə etmək hüququmuzu saxlayırıq”. Yəni bu açıq-aşkar ona işarədir ki, Rusiya təhlükəsizliyinə qarşı təhdidə nüvə silahı ilə cavab verə bilər”.

Elşad Həsənov

Politoloqun fikrincə, Ukrayna "icazə"dən istifadə edərək, Rusiyanın daxilinə hücumlar həyata keçirsə, təbii ki, buna cavab olaraq da Rusiya nüvə silahlarından istifadə edə bilər.

“Şimali Koreya Rusiya ilə birgə hərəkət edir və eyni zamanda Cənubi Koreyanı da məhv etmək istəyir. Cənubi Koreya da Yaponiya ilə müttəfiq olduqlarına görə Yaponiya da bu mühaaribəyə qoşulacaq. Yəni Yaponiya, Şimali Koreya, Cənubi Koreya, Amerika, Rusiya və Ukrayna, təbii ki, Avropa da məsələyə qarışacaq. Yəni çox böyük arealda müharibə gedəcək. Bu da təbii ki, bəşəriyyətin sonuna gətirib çıxara bilər”-deyən politoloq hesab edir ki, dünya liderləri bu haqda ciddi fikirləşməlidir. Təkcə özlərinin deyil, özlərindən sonra gələn nəsillərin, xalqın, dövlətin gələcəyini düşünüb, hərəkət etməlidirlər. Nüvə silahına əl atmamalı və ümumiyyətlə, müharibələri dayandırmalıdır.

Tramp verdiyi "söz"ə əməl edə biləcəkmi?

“Tramp Rusiya-Ukrayna müharibəsini və Yaxın Şərqdəki müharibəni dayandırmağa nail ola biləcəkmi? Yoxsa potensial müharibə ocaqları daha da alovlanacaqmı? Hesab edirəm ki, indiki dövrdə hərəkətlənən münaqişələr davam edəcək və daha da geniş arealı əhatə edəcək”-deyən politoloq hesab edir ki, nüvə müharibəsi təhlükəsi də çox yaxındadır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri