Icma.az
close
up
RU
Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib

Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi və bağlanış mərasimi keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin xatirəsinin yad edilməsi ilə başlayan turnirin final mərhələsində 22 komanda arasında yarış keçirilib, iştirakçılar öz intellektual bacarıqlarını nümayiş etdiriblər. Yekunda ən yaxşı nəticə göstərən 3 komanda yarışın qalibi olub.

Mükafatlandırma mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qalib komandaları təbrik edib. Qeyd olunub ki, bu bilik yarışması əməkdaşların erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Hər bir vergi əməkdaşı gündəlik fəaliyyətində çoxlu məlumat axını ilə işləyir, qanunvericiliyi tətbiq edir, vergiödəyiciləri ilə ünsiyyət qurur, riskləri qiymətləndirir və nəticəyə yönələn qərarlar verir. Bütün bunlar məhz yüksək intellektual səviyyə, soyuqqanlılıq və stressə davamlılıq tələb edir.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Birinci yeri “Şahdağ”, ikinici yeri “Öhdəlik”, üçüncü yeri isə “Tax GPT” komandası tutub. Qalib komandalara kubok, medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub. “Ən yaxşı oyunçu” nominasiyası üzrə birinci yerə layiq görülən komandanın üzvləri arasından qalib seçilərək müvafiq kubokla mükafatlandırılıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunlarına fevral ayında start verilib, turnirdə ümumilikdə 300-dən çox iştirakçı, 44 komanda iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see229

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see154

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see152

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see147

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see137

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see121

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri