UNOSSC un direktoru: Bu tədbir Azərbaycanın liderliyini daha da gücləndirir
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Bakıda Qlobal Cənub QHT Platformasına göstərilən dəstəyin şahidi olmaq böyük məmnunluq doğurur. Bu təşəbbüs son dərəcə vacibdir və Azərbaycanın Qlobal Cənub, eləcə də Cənub-Cənub əməkdaşlığı sahəsində liderliyini daha da gücləndirir.
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Əl-Xətib səsləndirib.
O bildirib ki, bu, Azərbaycanın Cənub-Cənub əməkdaşlığı istiqamətində ilk təşəbbüsü deyil. Lakin bu platforma xüsusi əhəmiyyət daşıyır. Çünki o, müxtəlif ölkələrdən olan qeyri-hökumət təşkilatlarını bir araya gətirir. Bu təşkilatlar ən az inkişaf etmiş ölkələr, kiçik ada dövlətləri, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli dövlətlər də daxil olmaqla, müxtəlif qlobal gündəliklərin irəli aparılmasında icmaların səsini təmsil edəcəklər. Pepperoni pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















