Icma.az
close
up
RU
Ürək deyir yaşa hələ

Ürək deyir yaşa hələ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin təşkilatçılığı ilə Xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş "Ürək deyir yaşa hələ" adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, rəis müavini Nazim Əliyev, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyn Məlikov, Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar artist Mirnazim Əsədullayev, Əməkdar artist Toğrul Əsədullayev və Bakı şəhər musiqi və incəsənət məktəbləri direktorları qonaq qismində iştirak ediblər.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, muğam ifaçılıq məktəbinin parlaq siması, Xalq artisti Əlibaba Məmmədovun əziz xatirəsinə həsr olunmuş gecədə iştirak etdiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirən musuqi məktəbinin direktoru Vəfa Həziyeva qeyd edib ki, bu gecə sadəcə bir sənətkarın xatirəsini anmaq deyil, bütövlükdə Azərbaycan muğam sənətinin bir mərhələsinə nəzər salmaq, milli-mənəvi yaddaşımızı yenidən yaşatmaq və onu gələcək nəsillərə ötürmək məqsədi daşıyır.

Qeyd edilib ki, Əlibaba Məmmədov 1930-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərib, xalq mahnıları və muğam nümunələri ilə erkən yaşlarından tanış olub. Onun sənətə gəlməsi təsadüfi deyil, daxili istedad və milli musiqiyə dərin sevginin məntiqi nəticəsidir.

Əlibaba Məmmədov 1949-cu ilin oktyabrından isə müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb. 1953–1978-ci illərdə Filarmoniyanın, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə "Hümayun" Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.

Gənc yaşlarında ustad xanəndələrin ifasını dinləyərək muğamın incəliklərini mənimsəmiş, sonradan professional təhsil alaraq sənət yolunu daha da möhkəmləndirib. O, Azərbaycan muğam məktəbinin görkəmli nümayəndələrinin sənət ənənələrindən bəhrələnib, ustad sənətkarlardan dərs alaraq klassik ifaçılıq ənənələrini mənimsəyib. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. Bu ustad məktəbi onun ifa üslubunun formalaşmasında mühüm rol oynayıb.

Əlibaba Məmmədovun yaradıcılığı Azərbaycan xanəndəlik sənətinin inkişaf mərhələsində xüsusi yer tutur. Səs tembri, zəngulələrin təbii axıcılığı, sözün məna yükünə həssas yanaşma onun ifaçılıq üslubunu fərqləndirən əsas xüsusiyyətlər idi.

“Bu gün səslənəcək hər bir muğam parçası, hər bir təsnif, hər bir nəğmə bizi o böyük sənətkarın yaradıcılıq dünyasına bir addım daha yaxınlaşdıracaq”, deyə vurğulayan Musiqi Məktəbinin direktoru əlavə edib ki, Əlibaba Məmmədovun repertuarında daxil olan mahnılar zamanından aslı olmayaraq Azərbaycan xalqının sevimli nəğmələrinə çevrilib.

Tədbirin davamında belə sənət əsərlərindən biri, Vətən sevgisini və milli ruhu tərənnüm edən "Mənim Azərbaycanım" mahnısını məktəbin III sinif şagirdi Nurlan Balacazadə (müəllim "Ü.Hacıbəyli-140 mükafatı"nın qalibi, Respublika müsabiqələri laureatı Coşqun Beydullayev) ifa edib. Onu tarda Elbrus Məmmədyarov, bas tarda Seymur Mürsəlov, kamançada Bayraməli Əliyev, balabanda Oktay Mürşidov, qanunda İlkanə Cəfərova, nağarada Bəhruz Hüseynov müşayiət ediblər.

‎Əlibaba Məmmədov sənəti təkcə ustad ifası ilə deyil, yetişdirdiyi və ilham verdiyi gənc nəsillə yaşayır. Muğam və klassik musiqi ənənəsi o zaman əbədiləşir ki, onu yeni səs, yeni nəfəs, gənc nəsil davam etdirir. Gecənin növbəti nömrəsinə - "Yaşa məhəbbətim" mahnısına keçid edilib. Məktəbin IV sinif şagirdi Tuncay Umudlunun ifası (müəllim C.Beydullayev) alqışlarla qarşılanıb.

Əlibaba Məmmədovun repertuarında xüsusi yer tutan musiqilərdən birini - “Söylə” mahnısını Respublika müsabiqələri laureatı, IX sinif şagirdi Dəniz Abbasova (müəllim C.Beydullayev), "Dəşti" təsnifini Əli Həsənzadə (müəllim C.Beydullayev), "Baxdın maral kimi" mahnısını X sinif şagirdi Gilas Hüseynova (müəllim VII Televiziya Muğam müsabiqəsinin qalibi və Respublika və Beynəlxalq müsabilqələr laureatı Murad Rüstəmzadə) ifa ediblər.

Qeyd edilib ki, Əlibaba Məmmədovun ifaları xüsusi lirizmi ilə seçilir, yəni mahnılarında olan hiss və həyəcanlar, zərif duyğular dərindən və incə bir şəkildə dinləyiciyə ötürülür. Onun tembri və ifa tərzi tamaşaçıya məhəbbət, həsrət, kədər və eyni zamanda sevinc hissini aşılayır.

Xanəndənin repertuarından olan "Səni gözlər" mahnısını məktəbin XI sinif şagirdi Əli Əliyev İfa edib.

Xanəndə Əlibaba Məmmədovun dediklərindən: “Bu təsnifi 1960-cı ildə yazmışam, ilk ifaçısı da özüm olmuşam. Məndən sonra bu təsnifi demək olar ki, bütün məşhur ifaçılar oxuyublar. Hətta həmin illərdə Təbriz radiosu ilk olaraq mənim təsnifim ilə günə başlayır, daha sonra isə “Danışır Təbriz” deyirdi”. Söhbət Azərbaycan xalqının qiymətli mədəni incisi "Xudayar təsnifi"ndən gedir.

"Xudayar təsnifi"ni "Uşaq İncəsənət festivalı" və Respublika müsabiqələri laureatı, məktəbin X sinif şagirdi Reyhanə Kərimi (müəllim C.Beydullayev), "Burdan bir ceyran keçir" mahnısını Elgün Qaraşlı, "Bu axşam"ı "Ü.Hacıbəyli-140 mükafatı"nın qalibi, Respublika müsabiqələri laureatı Coşqun Beydullayev, "Hisar təsnifi"ni VIII və IX Televiziya Muğam Müsabiqəsinin diplomantı Aydan Həmzəyeva ifa ediblər.

Tədbirdə Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğam sinfində dərs dediyi, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etdiyi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, 10 may 2009-cu ildə qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə Xalq artisti Əlibaba Məmmədov Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatına layiq görülüb.

Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər bəstələmişdir ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir. Bir sözlə Əlibaba Məmmədovun Azərbaycan musiqi mədəniyyəti sahəsində göstərdiyi xidmətlər əvəzsizdir.

"Qəmindən qönçə təkdil qanə döndü" və "İnandır məni" mahnılarını VII Televiziya Muğam Müsabiqəsinin qalibi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Murad Rüstəmzadə İfa edib.

Qəlblərə yol tapan, duyğuların ən incə çalarlarını öz məlahətli səsində yaşadan, sənət aləmində silinməz iz qoymuş Əlibaba Məmmədovun əziz xatirəsinə həsr olunmuş “Ürək deyir, yaşa hələ” adlı gecənin sonunu elə bu mahnı ilə də yekunlaşıb.

Məmmədhəsən Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Mart 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri