Icma.az
close
up
RU
Urmiya gölünü xilas etməyin yeganə yolu... EKSPERT

Urmiya gölünü xilas etməyin yeganə yolu... EKSPERT

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi və Şərqi Azərbaycan torpaqları arasında yerləşən Urmiya gölü tektonik hərəkətlər, vulkanik proseslər və geoloji qırılmalar nəticəsində yaranmış unikal bir hövzədə formalaşıb. Onun yüksək duzluluğu milyonlarla il ərzində mineralların yığılması və suyun buxarlanması ilə bağlıdır. Bu təbii möcüzə bölgənin iqlimini və ekosistemini tənzimləyən nadir bir xəzinəyə çevrilib.

Arxeoloji tapıntılar göstərir ki, gölün ətrafında neolit dövründən bəri insan məskənləri mövcud olub. Bu fakt Urmiyanın qədim zamanlardan həyat mənbəyi olduğunu təsdiqləyir. Xüsusilə gölün cənubunda yerləşən Həsənli qəsəbəsində aparılan qazıntılar qədim Manna mədəniyyətinin zəngin izlərini üzə çıxarıb. Eramızdan əvvəl VII əsrdə isə bu sahillərdə Şərqi Avropadan gələn kimmerlər, skiflər və saklar məskunlaşıb. Zamanla qədim tayfalar birləşərək qüdrətli Sak çarlığını yaratmağa nail olublar.

Tarix boyu hər bir sivilizasiya bu mavi aynaya öz baxış bucağından yanaşıb və onu yaddaşında fərqli adlarla yaşadıb. Fransız səyyah Şarden gölü “Çiçe”, İran tədqiqatçısı Human Fərzad isə “Şahi gölü” adlandırıb. Ərəblərin Yaxın Şərqə yürüşlərindən sonra yaranan orta əsr mənbələrində isə göl, sahilində yerləşən Urmiya şəhərinin adı ilə bağlı olaraq “Urmiya gölü” kimi tanınıb.

XX əsrdə mövcud siyasi maraqlar bu adın da taleyinə təsirsiz ötüşməyib. 1925-ci ildə Rza şah Pəhləvinin hakimiyyətə gəlişindən sonra İranın bir çox toponimləri kimi gölün adı da dəyişdirilərək “Rzaiyyə gölü” adlandırılıb. Lakin xalq tarixi yaddaşını qoruyub saxlamış, gölü yenə də “Urmiya gölü” adlandırmağa davam edib. Çünki Urmiya gölü sadəcə coğrafi obyekt deyil, həm də mədəni kimliyin və yaddaşın simvolu kimi xarakterizə edilir.

Yaxın 20 il ərzində, təəssüf ki, Urmiya gölü tarixi mövcudluğunun ən ağır ekoloji fəlakəti ilə üzləşib. Göldə su səviyyəsinin sürətlə enməsi, ona axan çayların qarşısının kəsilməsi, iqlim dəyişiklikləri, qeyri-davamlı kənd təsərrüfatı fəaliyyəti və su ehtiyatlarının düzgün idarə olunmaması səbəbilə quruma prosesi daha da sürətlənib.

Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Urmiya gölü qapalı hövzəyə malik su hövzəsidir. Onun sözlərinə görə, Xəzər dənizi və Aral gölü kimi, Urmiya gölü də qapalı hövzəyə daxildir. Yəni göl bir neçə çayın sularını qəbul edir. Gölün hövzəsinə isə əsasən üç böyük çay axır.

Ekspert həmçinin qeyd edib ki, çaylardan həddindən artıq su götürülməsi nəticəsində Urmiya gölünün su balansı ciddi şəkildə pozulub:

“Xüsusilə ötən əsrin 1990-cı illərindən başlayaraq gölə tökülən çaylar üzərində çoxlu sayda bəndlər və su anbarları tikilib. Eyni zamanda kənd təsərrüfatı üçün böyük həcmdə su götürülməyə başlanıb. Bütün bunlar gölün su səviyyəsinin tədricən aşağı düşməsinə səbəb olub.

Nəticədə göldə duzluluq artıb, onun böyük bir hissəsi quruyub və ekosistemlə yanaşı, biomüxtəliflik də ciddi zərər görüb”.

Rövşən Abbasovun sözlərinə görə, Urmiya gölünü xilas etməyin yeganə yolu onun təbii su balansını bərpa etməkdir.

“Lakin hazırkı şəraitdə bu, real görünmür. Bu səbəbdən verilən proqnozlara görə, Urmiya gölünün də taleyi Aral gölünün aqibətinə bənzəyəcək və onun tamamilə quruması qaçılmaz olacaq. Başqa sözlə, gölün hazırkı vəziyyəti regionda aparılan yanlış və sərt ekoloji siyasətin nəticəsidir ki, bunun acı fəsadlarını da ilk növbədə yerli əhali yaşayır”,- deyə o fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri