Icma.az
close
up
RU
Uşağın 10 ildir aldığı pensiya niyə kəsilib?

Uşağın 10 ildir aldığı pensiya niyə kəsilib?

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Övladımın əlilliyi ilə bağlı 10 ildən çoxdur aldığımız pensiya kəsilib”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Nərmin Şabanova müraciət edib. 

O bildirib ki, 2012-ci il təvəllüdlü övladı Mirzəxan Həmidliyə doğuş zamanı travma nəticəsində sinir köklərinin zədələnməsi sağ qolun pleksopatadiyasi və monoparezi diaqnozu qoyulub: “2012-ci ildə ilk dəfə Uşaq Nevroloji Xəstəxanasında övladıma bu diaqnoz qoyuldu. Bununla da müalicəyə başladıq. Müalicələrin heç bir nəticəsi olmadığı üçün bir il sonra övladımın vəziyyətinə uyğun olaraq tibbi komissiya həkimi tərəfindən ona “sağlamlıq imkanları məhdud uşaq” statusu rəyi verildi və pensiya təyin olundu”. 

N. Şabanova qeyd edib ki, 2013-cü ildən bəri ard-arda alınan pensiya ötən il dayanıb: “2022-ci ilin sentyabrında övladıma 40 faizlə üçüncü qrup əlillik birillik müddətinə verilib. 2023-cü il yenə təkrar müayinələrdən keçərək 40 faizlə birillik pensiya təyin olundu. Ancaq ötən ildən bəri heç bir pensiya, ödəniş almırıq. Bu, bizim vəziyyətimizi daha da çətinləşdirib. Övladımın hələ də xəstəliyi var, heç bir müalicə onun xəstəliyini aradan qaldırmadı. Bunun üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsək də, həkimlərin yanlış rəyi nəticəsində müsbət cavab ala bilmədik”. 

 

Ana həmçinin əlavə edib ki, oğlu yenidən əlilliyin təyin edilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən yoxlanışdan keçib: “Tibbi komissiya keçirildi, dedilər ki, artıq övladınızda əlillik müşahidə olunmur. Amma tibbi komissiya zamanı orada nə travmatoloq, nə də nevropataloq var idi. Müayinə şəffaf şəkildə həyata keçirilmədi. Ancaq dedilər ki, ətraflı müayinə etmişik və əlillik təyin olunmayıb. Bu, yalandır.

Mənim oğlumun bir qolu digərindən qısadır, onun hər işini mən görürəm. Axı necə ola bilər ki, həkimlər belə rəy verirlər?! Və bu rəyə əsasən də Sosial Müdafiə Fondu tərəfindən pensiyamız kəsilir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib: “Lənkəran rayon sakini 2012-ci il təvəllüdlü Həmidli Mirzəxan Şahin oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 06.11.2024 və 18.12.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. 

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilib”.

Fidan Etibar 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri