Icma.az
close
up
RU
“Uşaq masası” arxasında əyləşdirilən Ermənistan… Deputat

“Uşaq masası” arxasında əyləşdirilən Ermənistan… Deputat

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla həmsərhəd ərazilərdə “binokl diplomatiyasını” davam etdirir. Növbəti dəfə belə addımlar cari ilin fevral ayının 13-də Qubadlı və martın 28-də Qubadlı və Laçın rayonlarının Ermənistanla həmsərhəd zonalarında baş vermişdir. De-fakto ölkəmizə qarşı belə bir təxribat vasitəsi, şübhəsiz ki, heç bir nəticə verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Nizami Səfərov parlamentdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan iqtisadi, siyası və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövləti olaraq, beynəlxalq miqyasda ciddi söz sahibidir və bütün məsələlərin ikitərəfli müstəvidə, birbaşa müzakirə edilərək, həll olunmasına üstünlük verir: “Digər tərəfdən, otuz illik müddət nümayiş etdirdi ki, tarixə qovuşan silahlı münaqişənin həllində beynəlxalq vasitəçilər, xüsusilə də ATƏT-in Minsk Qrupu heç bir nəticə əldə etməyib. Maraq doğuran cəhət həmçinin ondan ibarətdir ki, hazırda Avropa İttifaqının hətta regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir və bunu həmin birliyin Rusiya ilə Ukrayna arasında mövcud olan silahlı münaqişənin həlli üçün Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası təmsilçilərinin apardıqları danışıqlara ümumiyyətlə iştirak etməməsi açıq-aşkar nümayiş etdirdi. ABŞ administrasiyası qeyd etdiyim məsələdə Avropanın İttifaqının aparıcı dövlətlərinin beynəlxalq hüquqi subyektliyini şübhə altına alıb”.

Deputatın fikrincə, Almaniyanın ən böyük silah istehsalçısı “Reynmetall” konserninin rəhbəri Armin Papperqer nüfuzlu “Financial Times” qazetinə müsahibəsində qeyd etmişdir ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya qlobal məsələləri müzakirə edərkən, Avropa “uşaq masası” arxasında qalıb və heç bir avropalı bu danışıqlara cəlb edilməyib: “Bu məqamda sual olunur ki, Ermənistan “uşaq masası” arxasında əyləşdirilən Avropanın İttifaqının üzv dövlətlərinin “müşahidə missiyasından” nəyi gözləyir? 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sadə həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması təmin edilə bilər”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri