Icma.az
close
up
RU
Uzun ömrün unudulmaz anları Elşən Əliyev yazır

Uzun ömrün unudulmaz anları Elşən Əliyev yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Elşən ƏLİYEV
Əməkdar jurnalist

...O, dünyasını dəyişəndə 92 yaşında idi. Bu ömrün tən yarısı jurnalistikaya həsr olunmuşdu. Əslində, rayon qəzetinin redaktoru vəzifəsinə, həmin dövrdə dəbdə olan ifadə ilə desək, "partiya göndərişi" ilə gəlmişdi və bundan elə də məmnun olmadığın hərdən büruzə verirdi. Çünki daha nüfuzlu işə, daha böyük kollektivlərə rəhbərlik etmək gücü və qabiliyyəti vardı. Baxmayaraq ki, redaksiyanın azsaylı, amma problemləri heç də az olmayan kollektivində nizam-intizam, yeni yaradıcılıq ab-havası yaratmaq da asan başa gəlmədi. Buradakı əməkdaşların əksəriyyətinin jurnalistika üzrə ali təhsili, qəzetçilikdə 30-40 illik təcrübəsi var idi. Onlardan bir neçəsi başqa rayonlarda uzun müddət redaktor işləmişdi, mərkəzi qəzetin, respublika radiosunun bölgə müxbiri olmuşdu. Püxtələşmiş və kəsərli qələmi olan bu adamlara rəhbərlik etməyin, sözün düzünü desək, onlarla yola getməyin çətinliyini yaxşı bilirdi. Ancaq özünəməxsus təmkin və cəsarətlə işə başlayaraq, qısa vaxtda redaktorluq istedadı, təşkilatçılıq bacarığı sayəsində redaksiyada işgüzar əhval-ruhiyyə, qəzetdə canlanma yarada bildi. 

Bütün bunların canlı şahidi olmuşam. Bəbir müəllimin redaktor təyin olunduğu 1979-cu ildə mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul edilmişdim. Həmin ilin sonunda isə artıq Ağdam rayon mətbəəsində işləməyə başlamışdım. Mətbəə redaksiyaya tabe deyildi, müstəqil idi. Amma siyasi-ideoloji baxımdan bağlılıq bu iki qurumun birgə fəaliyyətini şərtləndirirdi. Üstəlik, Bəbir müəllim rayonun yerli hakimiyyət orqanında - partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri kimi hər iki təşkilata kuratorluq, yenə o dövrün anlamında, siyasi rəhbərlik etmişdi. Yəni onun redaktor vəzifəsinə özü ilə birlikdə gətirdiyi hörmət və nüfuz mətbəə kollektivinə də təsirsiz deyildi. Bəbir müəllimin sözü, tapşırığı mətbəənin direktorundan ta sıravi işçilərinədək hamı üçün ötkün və keçərli idi...

O vaxtlar rayon qəzetləri həftədə üç dəfə çıxırdı. Hər nömrənin materialları, ilk səhifəsi redaksiya blankında olmaqla, yazı makinasında çap edilir, redaktorun imzası ilə təsdiqlənir və qəzetin məsul katibi tərəfindən mətbəəyə gətirilirdi. Qəzetin çapa hazırlanması prosesində ilkin mərhələnin icraçısı olan linotipçi (indiki kompüter operatorluğuna adekvat bir peşə idi) və gələcək jurnalist kimi redaktorun qeydlərinə xüsusi diqqət yetirirdim. Onun çapa imzaladığı yazılarda inidinin özündə də mətn redaktəsinə olan bütün tələblərə ciddi əməl edilirdi. Uzun müddət tarix müəllimi işlədiyi, sonralar ideoloji sahədə çalışdığı üçün Bəbir müəllim ictimai-siyasi konteksti yaxşı bilməklə yanaşı, qəzet dilinin, publisistikanın da xüsusiyyətlərinə bələd idi, çünki əvvəlki vəzifələrində yazılı-şifahi nitqin qayda-qanunlarını dərindən mənimsəmişdi. Vaxtilə redaktor olmuş və ya mərkəzi mətbuatda işləmiş əməkdaşların yazılarını bəzən qırmızı qələmi ilə elə "söküb-yığırdı" ki, redaktənin mükəmməlliyi qarşısında kimsə, necə deyərlər, çınqırını çıxara bilmirdi. Mən həm mətn üzərində işləmək, həm də redaksiyanın işini təşkil etmək baxımından redaktorluğun ilk dərslərini Bəbir müəllimdən öyrənməyimi jurnalist taleyimin uğuru hesab edir və daim minnətdarlıq hissi ilə xatırlayıram.

Yeri gəlmişkən, Bəbir müəllimi yaxından tanıyan nüfuzlu ziyalılardan bir neçəsinin onun mənəvi-əxlaqi keyfiyyətləri, ictimai-siyasi fəaliyyəti, dünyagörüşü barədə yazdıqlarını oxumuşam. Hamısı doğrudur, hər birinin fikiri təqdirəlayiqdir. Amma konkret həyat faktna, yaddaqalan, ibrətamiz bir hadisəyə isnad edən yoxdur… Məsələn, xatirə yazanlar Bəbir müəllimin rayon qəzetinə rəhbərlik etdiyi dövrdə gənc jurnalistlərə himayədarlıq göstərdiyini, onların yaradıcılığını yönləndirdiyini, peşəkarlıq qazanmalarına çalışdığını və buna nail olduğunu yada salımırlar. Yalnız tanınmış jurnalist Süleyman Qaradağlının "525-ci qəzet"də dərc olunmuş "Mənalı ömrün altı unudulmaz şəkli" sərlövhəli publisistik qeydləri istisnadır. Bəbir müəllimin 90 illik yubileyinə həsr olunmuş həmin maraqlı yazıda müəllif onun vaxtilə redaksiyada işə götürdüyü jurnalist diplomlu gənclərdən 4 nəfərinin, eləcə də o dövrdə məktəbli və ya tələbə ikən ilk dəfə imzaları rayon qəzetində görünənlərdən və indi mətbuat aləmində sanballı yer tutanlardan bir neçəsinin sonralar fəxri adlara layiq görüldüyünü xatırladır. Onu da qeyd edim ki, Bəbir müəllim özü "Əməkdar jurnalist" adını 1991-ci ildə almışdı və yetirmələrinə də fəxri adların verilməsindən qürur hissi keçirirdi.

Ağdam rayon qəzetinin işçiləri - (soldan sağa) Şamil Əkbərov (redaktor müavini), Bəbir Hüseynov (redaktor), İlyas Allahverdiyev (şöbə müdiri), Elşən Əliyev (məsul katib), Baxşeyiş Abbasoğlu (ədəbi işçi), Arif (sürücü). Ağdam, Abdal-Gülablı, 1990-cı il.

Mənim peşəkar jurnalistikada öz yerimi tapmaqda da ilk bələdçim, qayğıkeşim Bəbir müəllim olub. Ali məktəbi bitirib diplomu təzəcə alımışdım ki, məni - mətbəə fəhləsini birbaşa redaksiyanın məsul katibi vəzifəsinə təyin etdi. Buna qədər isə mənim redaksiya-mətbəə ilk partiya təşkilatının katbi seçilməyimə də dəstək vermişdi; gənc bir jurnalist üçün bu o vaxtlar yaxşı karyera vəd edən bir irəliləyiş idi. Təbii ki, mətbəədə işlədiyim müddətdə redaksiya ilə sıx yaradıcılıq əlaqələrim vardı və yadımdadır ki, Bəbir müəllimin ilk dəfə ona təqdim etdiyim yazını oxuduqdan sonra razılıq ifadə edən təbəssümlə mənə baxıb: "Yaxşı yazırsan!" deməsi özümə güvənimi birəbeş artırmışdı...

Onu da xatırlayıram ki, məsul katib işləməyə başladığım ilk günlərdə həmin vaxt respublika qəzetlərindən birinin redaktor müavini olan həmyerlimiz redaksiyaya qonaq gəlmişdi. Bəbir müəllim məni təqdim edəndə o, təəccüblə dedi: "Niyə təcrübəli jurnalistlərdən birini məsul katib təyin etməmisiniz?" Redaktor bu irada cavab olaraq, mənim həmin vəzifənin öhəsindən daha yaxşı gələ biləcəyimə inandığını bildirdi... Bəbir müəllimin etimadını doğrultmaq üçün, sözün həqiqi mənasında, gecə-gündüz böyük həvəslə çalışırdım. Məsul katib işlədiyim 3 il ərzində qəzetin həm məzmun, həm də tərtibat baxımından maraqlı olması, oxucu tələbinə cavab verməsi üçün əlimdən gələni edirdim. Redaktor mənə o qədər inanırdı ki, hətta qəzeti çapa imzalamaq səlahiyyəti vermişdi. Redaksiyanın təcrübəli əməkdaşları da xətir-hörmətimi saxlayır, fəaliyyətimi dəstəkləyirdilər. Birlikdə işlədiyimiz müddətdə Bəbir müəllim başda olmaqla redaksiya kollektivindən daim xoş münasibət, etibar, qayğı və diqqət gördüm, hər zaman işimə dəyər verildiyini hiss etdim.

Həmin üç il - 1987-1990-cı illər Qarabağda vəziyyətin gərginləşdiyi dövr idi. Bölgənin mərkəzi rayonu kimi Ağdamın, ermənilərin daim qorxub-çəkindikləri ağdamlıların üzərinə ağır yük düşmüşdü. Qarabağın dağlıq hissəsində yaşayan azərbaycanlı əhalinin müdafiəsi və ərzaqla təminatı üçün rayon camaatı böyük fədakarlıqlar göstərirdi. Qaçqınlığın, köçkünlüyün ilk dalğası, necə deyərlər, Ağdamı vurmuşdu. Hələ müharibə alovlanmasa da, separatçılar getdikcə qızışır, bir-birinin ardınca milli zəmində çaxnaşmalar törədirdilər. Ağdamın ilk şəhidlərini verdiyi 1988-ci ilin fevral hadisələri, Bakıda 1990-cı ilin Qara Yanvarı həmin dövrə düşdü.

Qəzetimizdə ilk vaxtlar, siyasi hakimiyyətin tələbinə uyğun olaraq, xalqlar dostluğunu təbliğ edən yazılar verilsə də, az sonra Bəbir müəllimin təşəbbüsü ilə xalqın mübarizə ruhunu, milli mənəvi dəyərlərimizə və tariximizə ehtramı ifadə edən materiallar ön plana çıxarıldı. Ağdamlıların erməni separatizminə qarşı 1988-ci ilin fevralın 21-də keçirdiyi kütləvi etiraz aksiyasında tribunada dayanan, xalqın səsinə səs verən yerli ziyalıların arasında Bəbir müəllim də vardı. Ertəsi gün isə o, ağdamlı gənclərin ətraf rayonlardan gələn çoxsaylı etirazçılarla birgə Əsgəran istiqamətində dinc yürüşünü dayandırmağa çalışan nüfuzlu şəxslər arasında idi. Erməni silahl dəstələrinin yürüşçüləri güllə-barana tutmasının canlı şahidi olan Bəbir müəllimi oradan yalnız təsadüf nəticəsində oradan sağ-salamat qayıda bilmişdi. Az sonra dinc yürüşün iki iştirakçısının - Əli və Bəxtiyarın şəhid düşdüyü, onlarla insanın yaralandığı barədə xəbər gəldi...

Qanlı Yanvar hadisəsi baş verəndə, Azərbaycanın bütün bölgələri kimi Ağdamın da informasiya blokadasına düşdüyü, dövlət orqanlarının və kütləvi-informasiya vasitələrinin fəaliyyətinin iflic olduğu bir vaxtda yenə Bəbir müəllimin təşəbbüsü və rəhbərliyi ilə biz "Lenin yolu" adlanan qəzetimizdə xalqımıza qan-qada gətirən bu yolu, bu ideologiyanı, hərbi cinayət törədən sovet qoşununu kəskin şəkildə ifşa edən yazılar verdik. Az sonra isə əziz dostum, redaksiyamızın əməkdaşı Salman Alıoğlu və həmin dövrdə milli-azadlıq hərəkatının fəallarından olan Surxay Əlibəyli ilə birlikdə rayonda "Ağdam" adlı ilk müstəqil mətbu nəşr hazırlayıb bir neçə yüz nüsxə çap etdik və artıq şəhərdə sovet hərbi komendantlığının mövcud olmasına baxmayaraq camaat arasında yaydıq. Təbii ki, redaktorumuz Bəbir müəllimin, həmçinin mətbəənin direktoru İsa müəllimin xəbəri olmadan mənim və Salmanın bu işi görməyimiz mümkün deyildi. Allah onlara da, Surxay müəllimə də rəhmət eləsin. "Ağdam" qəzeti rayonda milli oyanışın müjdəçisi idi və bundan az sonra Bəbir müəllim "Lenin yolu" adını tarixin arxvinə göndərib, qəzetin məhz "Ağdam" adı ilə nəşrinə nail oldu. Məcburi köçkünlük başlayandan ta 1998-ci ilə qədər qəzetə rəhbərlik etdi, dogma rayonun uğurlarını və ağrılarını işıqlandırdı, sonra da bu vəzifəni öz yetirmələrindən olan "Azərbaycan bayrağı" ordenli, Əməkdar jurnalist Baxşeyiş Abbasoğluna etibar edərək, pensiyaya çıxdı. Ancaq yenə jurnalist-publisist fəaliyyətindən, ədəbi-ictimai mühitdən kənarda qalmadı: kitablar yazdı, dövlətçilik ideyalarının təbliği, gənc nəslin mənəvi tərbiyəsi bağlı tədbirlərin fəal iştirakçısı oldu. 

...Əslində, könülsüz gəldiyi, ancaq könüldən bağlandığı jurnalist peşəsinə ömrünün sonuna qədər sadiq qalan, publisist-yazıçı kimi sanballı söz xəzinəsi yaradan və mətbuatımızın inkişafına öz layiqli töhfəsini verən Bəbir Qüdrət oğlu Hüseynovun ömür kitabı çox zəngindir. Kiçik bir essedə bu zənginliyi əhatə etmək çox çətindir. Bununla belə, Bəbir müəllimin uzun və mənalı ömür yolunda ailə amilinin önəmini xüsusi qeyd etmək istərdim. Vəfatından iki il əvvəl itirdiyi həyat yoldaşı Şükufə xanm hələ cavanlığında təkcə Ağdamda deyil, ətraf rayonlarda da ən bacarıqlı həkim-ginekoloq tanınırdı, hörmət-izzət sahibi idi. Onlar birlikdə dörd övlad böyütdülər. Birlikdə böyük oğlanları Gündüzün faciəli ölümünə yanıb yaxıldılar. Təsəlliləri bu bəxtsiz cavanın yadigarları oldu. İkinci oğul Vaqif, qızları Flora və Elnarə valideynlərinin ümidlərini doğrultular, hazırda da cəmiyyətdə öz layiqli yerlərini tuturlar. Hər üçü ailəlidir. Bəbir müəllimin, Şükufə xanımın ailə ənənələrini, nəvə-nəticələrlə birlikdə, qollu-budaqlı bir nəsil davam etdirir.

...Gəncliyimin himayədarı, unudulmaz Bəbir müəllimlə birgə işlədiyim vaxtları bu gün - vəfatının birinci ildönümündə bir az xiffət hissi ilə və daha çox da minnətdarlıqla xatırlayaram, uca tanrıdan ona rəhmət diləyirəm. Ağdam işğaldan azad edildikdən sonra əziz və unudulmaz şəhərimizin xarabalıqlarını ziyarət edərkən vaxtilə redaksiyamızın yerləşdiyi binanın da tamamilə yox edildiyini görmək qəlbimi ağrıtdı. Bəbir müəllimin o binanın qarşısında əzəmətli duruşu gözümün qabağına gəldi. Mənən zəngin olan, öz şəxsiyyətini daim qoruyan, rayon ictimaiyyətinin böyük hörmətini qazanmış bu boylu-buxunlu, gülərüzlü böyük insanın biliyi, təcrübəsi, xasiyyəti, davranışı bizim üçün örnək idi və bu gün də örnək olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 23 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri