Icma.az
close
up
RU
Valideyn işkəncə verdiyi uşağı dövlətdən geri ala bilər? “Çox həssas məqamdır”

Valideyn işkəncə verdiyi uşağı dövlətdən geri ala bilər? “Çox həssas məqamdır”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İşkəncə yalnız təsadüfi söhbət və ya şayiə ilə yox, ciddi sübutlarla təsdiqlənməlidir".

Bunu “Yeni Sabah”a hüquqşünas Ellada Bayramova bildirib.

O əlavə edib: "Əvvəlcə qonşular, müəllimlər və ya yaxın qohumların verdiyi məlumat hüquq-mühafizə orqanlarına çatır. Məsələn, qonşu polisə zəng edib “uşağa qarşı zorakılıq edilir” deyirsə, bu, artıq ilkin əsasdır. Sonra Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə görə həmin məlumat araşdırılır”. Marqarita pizza

E. Bayramovanın sözlərinə görə, uşağın bədənində xəsarət izi varsa, tibbi ekspertiza, daha sonra psixoloji ekspertiza təyin olunur:

"Yəni fakt təkcə şahidin sözü ilə yox, rəsmi ekspert rəyi ilə təsdiqlənməlidir. Əlbəttə, qonşunun ifadəsi şahid ifadəsi kimi qəbul olunur. Amma hüquq sistemi dedi-qoduya əsaslanmır. Qonşunun dediyi söz başlanğıc olur, lakin cinayət işi Cinayət Məcəlləsinin 133-cü maddəsinə (işkəncə vermə) və ya digər müvafiq maddələrinə əsasən yalnız sübutlarla təsdiqlənəndən sonra başlanır”.

İşkəncəyə məruz qalan uşaqların taleyi ilə bağlı danışan E. Bayramova qeyd edib ki, dövlət üçün əsas prinsip aydındır – uşağın mənafeyi hər şeydən öndədir:

“İlk növbədə, məhkəmə və qəyyumluq orqanları uşağı təhlükəsizliyə alır. Əgər valideyn və ya qohum zorakılıq törədibsə, uşaq həmin şəxsə qaytarılmır. Əksinə, Ailə Məcəlləsinin 51–59-cu maddələrinə əsasən, uşaq müvəqqəti yaxın qohuma, məsələn, nənə və ya babaya verilə bilər. Amma qohumlar uşağı qəbul etmirsə və ya bu himayə uyğun hesab olunmursa, onda azyaşlı uşaq evinə və ya xüsusi sığınacağa yerləşdirilir”.

Hüquqşünas məhkum olunmuş valideynin sonradan övladını geri ala bilməsi məsələsinə aydınlıq gətirib:

“Bu, çox həssas məqamdır. Əgər valideyn uşağa işkəncə verdiyinə görə məhkum olunubsa, məhkəmə onu, Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideyn hüquqlarından məhrum edə bilər. Belə halda, hətta valideyn cəzasını çəkib azadlığa çıxdıqdan sonra da uşağı geri almaq hüququ olmur. Əgər məhkəmə yalnız valideyn hüquqlarını məhdudlaşdırıbsa, gələcəkdə, uşağın mənafeyi nəzərə alınmaqla, yenidən bərpa edilə bilər. Burada hər şey uşağın rifahından asılıdır.

Bu məsələdə bir neçə instansiya birgə fəaliyyət göstərir: polis və prokurorluq, qəyyumluq və himayə orqanları, məhkəmə və nəhayət, sosial müdafiə qurumları. Bundan əlavə, “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun” və “Uşaq hüquqları haqqında" Qanun xüsusi mexanizmlər yaradır. Uşaq həm fiziki, həm də psixoloji dəstək almalıdır.

Cəmiyyət hər bir uşağın təhlükəsizliyinə cavabdehdir. Qonşu, müəllim, hətta təsadüfi şahid belə gördüyü zorakılıq faktına susmamalıdır. Azərbaycan qanunvericiliyi çox aydındır: kimliyindən asılı olmayaraq – ata, ana, xala, bibi və ya başqası – uşağa işkəncə verən cinayət məsuliyyətinə cəlb olunur"".

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri