Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Vətən üçün çox layihələrimiz olacaq Azərbaycan səhnəsinin ilk Oliveri

Vətən üçün çox layihələrimiz olacaq Azərbaycan səhnəsinin ilk Oliveri

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nəhayət qoca bir ilin sonuna gəldik. 31 dekabr azərbaycanlılar üçün təkcə yeni ilin gəlişi deyil, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq qeyd olunur. Bu həmrəylik dünyanın hər tərəfində yaşayan azərbaycanlıların birliyinin rəmzidir.

Elə bu səbəbdən bu gün Azərbaycanı Türkiyə cumhuriyyətində onurla təmsil edən sənətçimiz, tanınmış aktrisamız Roza İbadova Qocamazla Modern.az üçün söhbətləşdik. 

- Roza İbadova kimdir? Yolu Türkiyəyə necə düşdü?

- Mən Roza İbadova Kocamaz ziyalı və Qarabağ savaşında Füzuli uğrunda savaşda mücadilə verən bir vətən sevdalısı atanın qızı…

Maştağa qəsəbəsində N.Nərimanov adına 128 nömrəli orta məktəbdə təhsil almışam. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Daha sonra təhsilimi Moskvada 12-ci teatr məktəbində davam etdirmişəm.

Universitetin ilk illərindən dəyərli sənətkarımız, Xalq artistimiz Cənnət xanım Səlimovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışam. İlk rolum mərhum sənətkarımız, Xalq artisti Vaqif Əsədovun səhnələşdirdiyi Ç.Dikkensin Oliver Tvistin Maceraları tamaşasındakı "Oliver "rolu olub. Və Azərbaycan səhnəsinin ilk "Oliver"i... Ondan sonra silsilə şəkildə bir çox rejissorların tamaşalarında rollarım olub.

Bəhram Osmanovun "Müharibə" tamaşasındakı Semira rolu isə kifayət qədər səhnə yaradıcılığımda səs-küyə səbəb oldu.

Bu sırada filmlərdə, seriallarda, TV-lərdə uşaq proqramlarında aparıcı kimi də fəaliyyətimi davam etdirmişəm. 2015-ci ildə Türkiyənin İzmir şəhərinə köçənə qədər. O vaxtdan bu günə kimi artiq burda səhnə alır və çalışıram...

Türkiyəyə gəlişim ailə həyatı ilə bağlıdı.

 İctimai TV-nin səhər efirində uşaqlar üçün yayımlanan “Hoqqabaz” verilişi var idi. Aparıcısı da mən idim. O ərəfədə də şirkətləri ilə birlikdə Bakıya çalışmağa gəlir Cihan bəy və məni TV-də görur... Daha sonra araşdırmağa başlayır, hansı teatrda çalışdığımı öyrənir. Gəlib tamaşalarımı izləyir. Qısacası aşiq olur...Və bir neçə ay sonra biz tanış olduq, böyüklərimiz tanış oldular və ailə qurduq. İzmirə gəldik - Cihan bəyin yaşadığı şəhərə. Hazırda da burda yaşayırıq.

- Biz bunu səninlə çox danışmışıq. Amma Modern.az oxucular üçün də maraqlıdır, Türkiyəyə gəldikdən sonra bura alışmaq sizin üçün zor olmadımı?

- Əlbəttə çətin oldu..Hələ də çətindir...

Hazırda İzmirin ən böyük özəl teatrlarından olan Rüçhan Gürelin yönətmənləyindəki HAN teatrının komandasındayam. Bununla bərabər artıq doqquz ildir Ege bölgəsində Azərbaycan-Türkiyə adına keçirilən bir çox tədbirlərin aparıcısı və yönəticisiyəm.

İzmir şəhəri bir neçə xalqın mədəniyyətini özündə birləşdirir. Sənətə böyuk sevgi və qayğı var. İnsanlar öyrənəndə ki, qarşılarındakı bir sənətçidir, gözlərində ışıq görünür..

Əlbəttə, darıxmamaq mümkün deyil. Yaxşı ki, Azərbaycan səhnəsində var olmuşam, yetişmişəm, ustadlarım olub. Böyuk sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Tək-tək adlarını söyləsəm uzun çəkər, hər birindən öyrəndiyim çox şeylər olub. Allah hamısına can sağlığı versin. Vəfat edənlərin də məkanı cənnət olsun.

Bir də mən hər şeyi buraxıb gedəndə karyeramın yaradıcılığımın ən parlaq çağları idi. Uşaqların böyuk sevgisini qazanmışdım. Axı onların sevimli Oliveri, Buratinosu, Hoqqabazı və sairi idim ...

- Özünüzdə söylədiniz ki, Azərbaycanda çox sayda proyektlərdə olmusunuz, Türkiyədə də hansısa bir layihədə varmısınız?

- Vətən adına çaba göstərmək ən böyük qürürdur Çətinliklərimiz çox olur. Üzücü nüanslar olur. 

Bir sənətçinin Vətən uğrunda nələrsə etməsi, özü də ölkədən kənarda etməsi qürurdur, şərəfdir...

İllər öncə "Yol ayrımında” İzmirdə çox böyuk oyanış idi. Çoxlarının canına vəlvələ düşmüşdü ki, bu balaca qız bizi kreslomuzdan edəcək (gülür). Halbuki məqsədim tamam başqa idi. Yeni gəlmişdim, burdakı hadisələrdən xəbərsizdim. Bakıdan yaxın bir dostumuzun tanışlığı və xahişi ilə yola çıxdım. Amma təcrübə oldu, yanlış insanlarla çıxmışdım... Buna baxmayaraq, biz "Yol ayrımında" tamaşasnı İzmir tamaşaçılarına nümayiş etdirdik.

Tamaşanın ssenari müəllifi gənc dostumuz Orxan Muxtarlıdır. Rejissoru mən, aktrisa olaraq da Vusalə xanımı seçmişdik. İnanın, seyrcilər salonu hıçqırtı ilə tərk edirdi.

Hər kəs Xocalı faciəsini araşdırmağa başlamışdı. Əllərimizdən, gözlərimizdən öpürdülər.

Bir dəfə Konakta saat kulesinin yanında bir qadın məni qucaqlayıb ağladı: “Biz nasıl kardeşiz bunları bilmiyorduk” deyə ağlayırdı.

İstəyim yaradıcılığıma nəsə yazılsın deyildi, məqsədim hər bir turk vətəndaşının Xocalının dərdini bilməsi idi. Hər şeyə rəğmən buna da nail oldum. Bəzən məni görənlər “o kız - katliamı anlatan kız” deyirlər.

Belə bir deyim var: "Keçmişinə güllə atsan, gələcək səni topa tutar”. Baş verənləri unutmamalı, unutdurmamalıyıq. H.Əliyev adına məslək liseyinin şagirdləri ilə ümumilli liderin vəfat il dönümünə anma gecəsini həsr etdik..

Bu yaxınlarda yenə İzmirdə ikinci Cənubi Azərbaycan festivalını gerçəkləşdirdik..Turqutluda Azərbaycan kültür dərnəyi ilə birlikdə möhtəşəm Azərbaycan gecəsini həyata keçirdik..

Və ilin sonunda İzmir Azərbaycan dərnəyinin,Manisa Kültür və Dayanışma dərnəyinin həmrəylik gününə həsr edilmiş gözəl tədbirlərində idik...

Vətən üçün, sənət üçün hələ bir çox layihələrimiz olacaq...

- Sizinlə 2024-ün sonunda, 2025-in başlanğıcında görüşürük. 2024 xatirələrinizdə necə qaldı?

- Bəzi üzücü hadisələr olmasaydı demek olar ki bu il bizim ilimiz idi...İlk dəfə məhz bu il 2024 də Azərbaycan bütöv Qarabağ torpaqlarında dəmir yumruğun gücünün nəyə qadir olduğunu bütün dünyaya sübut etdi..

Üzücü nüanslar da var..

Bir neçə gün öncə qəzaya uğrayan uçağımız...

Teessüfki yenə də biz xəyanətə uğradıq...Allahdan ölənlərə rəhmət,ailələrinə səbr ,yaralılara şəfa diləyirəm...Bu müddət ərzində birlik göstərən bütün Xalqımızla və Ali baş komandanımızın dik duruşuyla bir daha qürur duydum...

 Haləpdə Türk rüzgarının əsməsi,Azərbaycanımızın dəstəyi 

"Məndə sığar ikən cahan,mən bu cahana sığmazam "deyen Nəsiminin məzarını rahata qovuşdurdu...

- 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Siz də təkcə bir gün deyil, demək olar ki, hər gün milləti ilə həmrəy olan sənətçilərdənsiniz. Qatıldığınız tədbirlərdə Roza İbadova deyil, Azərbaycan olaraq sizi tanıyırlar. Elə bu yüzdən də dünya azərbaycanlıları üçün önəmli olan bu gözəl gündə arzularımızı, istəklərinizi eşitmək xoş olar.

- Butun xalqımızı təbrik edirəm...

O gün olsun Aşıq Ələsgərin yurdu Qərbi Azərbaycanda,Zəngəzurda ,Şəhriyarın diyarı cənubi Azərbaycanda Həmrəylik günümüzü qeyd edek...

İzmirdən Dünyanın hər bir yerində var olan azərbaycanlılara salam olsun....

Diqqətiniz üçün təşəkkür edirəm...Var olun....

Nigar Ögeday 

İzmir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2024 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri