Icma.az
close
up
RU
Xaricdə ucuz, daxildə baha pomidorumuz: Niyə belədir?

Xaricdə ucuz, daxildə baha pomidorumuz: Niyə belədir?

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Cari ilin aprel ayında Azərbaycandan xarici ölkələrə ümumi dəyəri 30 milyon 48,3 min dollar olan 23 min 402,6 ton təzə və ya soyudulmuş pomidor ixrac edilib.

Bakupost.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1,28 dollar (2,18 manat) təşkil edib.

Qeyd edək ki, aprel ayında pomidor ən çox Rusiyaya (21 520,3 ton) ixrac olunub. Şimal ölkəsinə ixrac olunan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 2,39 manat olub.

Maraqlıdır ki, ixrac pomidorunun orta gömrük dəyəri anoloji dövrdə daxildəki pərakəndə satiş qiymətindən az olub. Belə ki, 2026-cı ilin aprel ayında Azərbaycanın daxili bazarında 1 kiloqram pomidorun orta pərakəndə satış qiyməti 3,8 manat təşkil edib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Bakupost.az-a bildirib ki, yaranmış vəziyyət iki amildən qaynaqlana bilər.

Ekspertin fikrincə, birinci məqam Gömrük Komitəsinin ixrac olunan mal və məhsulu düzgün dəyərləndirməməsilə bağlıdır:

“Keçən il gilasın 1 kiloqramının ixrac dəyəri 2,1 manat, əriyin ixrac dəyəri isə 1,91 manat civarında dəyərləndirilib. İxrac qiyməti gömrükdə müəyyən edilir və onlar da düzgün dəyərləndirmirlər. Onlar haradan müəyyən ediblər ki, Rusiya bazarında gilas 2,1 manata satılıb. Bu mümkün deyil. Bilirik ki, Rusiyada gilasın qiyməti 6-7 manat arasındadır. Görünür, nəyinsə müqabilində orta gömrük dəyərini süni olaraq aşağı göstərirlər. Məqsəd də ola bilsin gömrük rüsumunu azaltmaqdır”.

Digər tərəfdən, həmsöhbətimiz aparılan monotorinqlərə əsasən qeyd edir ki, Rusiyaya çıxarılan məhsullar, o cümlədən pomidor daxili bazara çıxarılandan daha keyfiyyətli olsa da, bəzi hallarda qiyməti aşağı olur:

“Yəni bəzi hallarda Rusiyada pomidorun qiyməti Azərbaycandakı qiymətlə müqayisədə aşağı olur. Bu da məsələn Rusiyaya daha çox məhsul çıxarılması ilə bağlıdır. Hesablamalarımıza görə, fermerlərimizin Rusiya bazarında 3,2 manata satdıqları yüksək keyfiyyətli pomidor eyni dövrdə daxili bazarda 7 manatdan yüksək olub. Amma buna rəğmən fermerlər onu da bildiriblər ki, həmin məhsulu daxili bazara çıxarmaq mümkün deyil. Həmin məhsul daxili bazara yönəlsə, qiymət düşəcək və məhsulun əsas hissəsi xarab olacaq”.

Ekspert hökuməti daxili bazarı qorumağa çağırdı:

“Yalnız fiziki təminat deyil, qiymətlər də əhali üçün əlçatan olmalıdır. Bazarda süni qiymət artımı baş verirsə, xaricə çıxarılan məhsulun bir hissəsi daxilə yönəldilməli və bu zaman müəyyən alətlərdən istifadə edilməlidir. Amma təəssüf ki, bu alətlərdən istifadə olunmur, bunda marağı olan qüvvələr var. Monopolistlər az məhsulu baha satıb, daha çox qazanc əldə etmək istəyir”.

Rüfət Sultan,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyun 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri