Icma.az
close
up
RU
Xaricdən sifariş olunan məhsullar buna görə gecikirmiş Vacib detallar

Xaricdən sifariş olunan məhsullar buna görə gecikirmiş Vacib detallar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar bir çox vətəndaşın xaricdən etdiyi sifarişlərin gömrükdə uzun müddət saxlanılması narazılıqlara səbəb olub. Bildirilir ki, bəzi bağlamalar artıq bir aydan çoxdur təhvil verilmir. Dövlət Gömrük Komitəsi (DGK) gecikmələri vətəndaşlar tərəfindən bəyan edilməyən məhsulların sayının artması ilə izah edir. Lakin əksər vətəndaşlar bu iddialarla razılaşmır.

Xaricdən alınan mallar hansı hallarda gecikə bilər?

Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, hazırda çoxsaylı vətəndaşlar bu problemdən ciddi narahatlıq keçirirlər:

“Gömrük Məcəlləsinə əsasən, xaricdən alınan malların, o cümlədən poçt, karqo və e-ticarət bağlamalarının gömrükdə gecikdirilməsi mümkündür. Bu gecikmə gömrük nəzarəti, sənədlərin yoxlanılması, ödəniş və ya buraxılış şərtləri tam yerinə yetirilənədək davam edə bilər. Bu proses qanuni əsas kimi qəbul olunur. Gömrük bəyannaməsi ilə birlikdə tələb olunan sənədlər, yəni invoys yaxud çek, çatdırılma xərci, məhsulun təsviri və digər məlumatlar təqdim edilməlidir. Bəyannamədə məlumatların düzgün olmadığı müəyyən edilərsə, gömrük orqanı düzəliş tələb edir və buraxılış yalnız həmin düzəlişlər, müvafiq ödənişlər həyata keçirildikdən sonra mümkün olur. Vətəndaşlar bu məqama xüsusi diqqət etməli və tələb olunanları düzgün qeyd etməlidirlər ki, bu kimi xoşagəlməz hallar yaşanmasın”.

Əlövsət Allahverdiyev

Hüquqşünasın sözlərinə görə, Gömrük Məcəlləsinin 160.1-ci maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi zamanı sənədlərlə mallara dair məlumatların uyğunluğu iki günədək yoxlanılır:

“Mallar ad və növlər üzrə ayrılmadıqda, eləcə də bu hal yoxlamanı çətinləşdirdikdə, 160.3-cü maddəyə uyğun olaraq gömrük orqanının qərarı ilə həmin müddət uzadıla bilər. Lakin uzadılma müddəti yeddi gündən artıq olmamalıdır. Əgər qeyd olunan müddətlər aşılır və vətəndaşlara bu barədə hər hansı məlumat verilmirsə, gömrük orqanına rəsmi müraciət edilməlidir. Müraciətdə bağlamanın hansı statusda saxlanıldığı, yəni müvəqqəti saxlancda olub-olmadığı və ya əlavə yoxlamaya cəlb edildiyi göstərilməlidir. Həmçinin bağlamanın hansı hüquqi əsasla saxlanıldığı, sənədlərdə aşkar edilən uyğunsuzluqlar və tələb olunan əlavə məlumatlar dəqiqləşdirilməlidir. Eyni zamanda buraxılışa mane olan qərar və ya hərəkətsizliyin mahiyyəti, bu müddətin nə vaxt başa çatdığı qeyd olunmalıdır. Müraciətlərin operativ araşdırılması üçün DGK-nın E-xidmətlər portalına müraciət edilməsi məqsədəuyğundur. Eyni zamanda vətəndaşlar qurumun 195 saylı qaynar xətti vasitəsilə də məlumat ala bilərlər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Fevral 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri