Xəstəxanada dünyasını dəyişən Türkan nişanlı imiş: Yaxın zamanlarda toyu olacaqdı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Gəncədə əməliyyata hazırlaşan gənc qız əməliyyat masasına çatmadan dünyasını dəyişib.
Moderator.az Xəzər TV-yə istinadən məlumat verir ki, 23 yaşlı qız xəstəxanada vəfat edib.
Hadisə şəhər ərazisində yerləşən özəl klinikalardan birində qeydə alınıb. Fevralın 10-u tibb müəssisəsinə müraciət edən Türkan Balakişizadənin əməliyyatdan öncə halı pisləşib. Xəstə reanimasiya otağına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Balakişizadənin həyatını xilas etmək mümkün olmayıb, o, dünən xəstəxanada vəfat edib.
Yaxınlarının verdiyi məlumata əsasən, daha əvvəldən Türkanın səhhəti ilə bağlı heç bir problemi olmayıb, əməliyyatdan öncə isə lazım olan bütün müayinələrdən keçib.
Gənc qızın dəqiq ölüm səbəbi hələlik məlum deyil, xəstəxanadan məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, Türkan nişanlı olub, yaxın zamanlarda toyu olacaqdı.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Fevral 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















