Xəzər Külək Elektrik Stansiyaları ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəzər dənizində Külək Elektrik Stansiyalarının inşası hal- hazırda priorited məsələlərdən biridir.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq su obyektlərinin müəyyənləşdirilməsi yekunlaşmaq üzrədir.
"Biz bu ərazilərlə bağlı Nazirlər Kabinetinə müraciət edəcəyik. Bir çox şirkətlərin KES-lərin inşası ilə bağlı maraqları var və bu istiqamətdə danışıqlar davam etdirilir.
Növbəti mərhələdə istehsalçının seçilməsi və müqavilələrin bağlanması gündəmdədir" - deyə Cavid Abdullayev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















