Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatında silsilə idman yarışlarının keçirilməsi ilə bağlı iclas keçirilib

YAP Yasamal rayon təşkilatında silsilə idman yarışlarının keçirilməsi ilə bağlı iclas keçirilib

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

YAP Yasamal rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə bağlı iclas keçirilib.

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, edən Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədrləri, Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının rəhbərləri iştrak edib.

İclasda ilk öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyinin bərpası uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, idman yarışları Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirəcəkdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri isə ümummilli lider Heydər Əliyevin anadan olmasınını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.

İlk olaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iclas iştirakçılarını salamlayaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin və onun bir hissəsi olan idman yarışlarının uğurla reallaşdırılması nəticəsində əldə edilən nailiyyətlərdən yüksək səviyyədədir. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində və xüsusilə idman yarışlarında fəal şəkildə iştirakı mühüm rol oynayır. Bundan əlavə olaraq YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycanda idman sahəsində gənclərin qarşısında duran əsas məqsədləri kimi həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda vətənimizi uğurlu şəkildə təmsil etmələrini və yüksək nəaliyyətlər əldə etmələrini vurğulayıb.

Sonra çıxış edən Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov qeyd edib ki, Respublikamızda ulu öndər Heydər Əliyevin banisi olduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti uğurla inkişaf edir və çiçəklənir. Bu uğurun da davamlı olması və gənclərin bədən tərbiyəsi və idmanla aktiv məşğul olması istiqamətində Yasamal rayonu ərazisində idman yarışlarının keçirilməsi olduqca vacibdir.

Daha sonra müzakirə formatında davam edən iclasda suallar cavablandırılıb, təklifləri dinlənilib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-cü ildönümünə həsr olunmuş idman yarışları 2025-ci ilin aprel- may aylarında Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən təşkil olunmuş komandalar iştirakı ilə həyata keçiriləcəkdir. Ümumilikdə yarışların proqramına əsasən 6 idman növü üzrə (basketbol, stolüstü tennis, voleybol (oğlan, qız), mini-futbol, şahmat, dama) 7 yarış keçiriləcəkdir. Hər bir növ üzrə isə I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar, komanda üzvləri isə müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri