Icma.az
close
up
RU
Yazmaq həvəsiniz tükənməsin!

Yazmaq həvəsiniz tükənməsin!

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bir neçə ay əvvəl 105 yaşı tamam olan qəzetimizin redaksiyasında çoxsaylı tanınmış jurnalistlər, ünlü qələm sahibləri çalışıblar. Onların bir çoxu indi də qələmi yerə qoymadan günün aktual məsələləri, ictimai-siyasi, sosial-mədəni mövzularda örnək yazıları ilə gənclərə yol göstərirlər. 

Belə qələm sahiblərindən biri də 80 yaşlı Əməkdar jurnalist Oqtay Bayramovdur. 
Təqaüddə olsa da, doğma qəzetlə əlaqəni üzməyən, əsasən, ölkəmizin idman tarixindən, bu sahədə qazanılan nailiyyətlərdən maraqlı yazıları ilə oxucuları sevindirən Oqtay Bayramovun və redaksiyamızın ictimai-siyasi şöbəsinin 60 yaşlı müdiri İmran Bədirxanovun yubileylərinə həsr olunan toplantıda hər ikisinin Azərbaycan mətbuatının inkişafında rolu, peşəkar jurnalist keyfiyyətləri ətraflı sərf-nəzər edildi. 
Qəzetin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid çıxışlarında hər iki yubilyarın fərqli yaradıcılıq maneraları, mövzulara özəl yanaşma tərzləri barədə fikirlərini bölüşdülər. 
Qeyd olundu ki, Oqtay müəllim 1968-ci ildə Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun ispan dili şöbəsini bitirib. Bir müddət tərcüməçi işləyib. Sonra Bakıda çıxan populyar “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb: redaktor müavini və 1-ci müavin olub. Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Meksikada basketbol, həndbol, futbol üzrə Avropa və dünya çempionatlarından, Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsindən maraqlı və operativ reportajlar hazırlayab. ­1995-ci ilin noyabr ayından təqaüdə çıxana qədər “Xalq qəzeti”ndə çalışıb. Azərbaycan idmanının təbliğində və inkişafında xidmətlərinə görə Əməkdar jurnalist, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatçısıdır.
İstedadlı publisist, ssenarist, ­tərcüməçi İmran Bədirxanlı isə 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Artıq 33 ildir peşəkar jurnalistika ilə məşğuldur. Doxsanıncı illərin əvvəllərində respublikada cərəyan edən hadisələrlə bağlı “Həqiqət ardınca” silsilə məqalələrin müəllifi kimi çalışdığı “Səhər” qəzetinin “Xüsusi mükafat”ına layiq görülüb. Sonra radio və televiziyalarda redaktor və aparıcı kimi aktual məsələlərin işıqlandırılmasında fəallığı ilə seçilib. İmran Bədirxanlı professional karyerası boyu istər sıravi müxbir, istər aparıcı, istərsə də redaktor kimi daim obyektiv və vicdanlı xəbər siyasətinə, bu peşənin qaydalarına, əxlaq prinsiplərinə ciddi riayət edən jurnalistlərdəndir. Hələ 20 il əvvəl keçirilmiş “Media ­açarı” müsabiqəsində “Ən yaxşı reportaj” nominasiyası üzrə qalib gəlib. O, İctimai Televiziyanın kinodublyaj departamentinin böyük redaktoru kimi də məhsuldar fəaliyyər göstərib. Artıq 3 ildir ki, “Xalq qəzeti”nin ən məsuliyyətli sahəsi olan siyasət şöbəsinə rəhbərlik edir.
Mərasimdə ürək sözlərini söyləyən həmkarları Oqtay Bayramovun və İmran Bədirxanlının insan və peşəkar jurnalist kimi məziyyətlərindən söz açdılar, hər ikisinə ən xoş arzularını çatdırdılar. Sonda yubilyarlara Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu.

Ə.ƏLİYEV,
E.AĞALAR (foto)
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri